İtaliyanın “Radio Classica” kanalında Üzeyir Hacıbəyli ilə bağlı xüsusi proqram yayımlanır
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
İtaliyanın məşhur “Radio Classica” kanalında Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, musiqişünas, pedaqoq, publisist və dramaturq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş xüsusi musiqi proqramı və podkast yayımlanır.
Bakıvaxtı.az xəbər verir ki, layihə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilir.
Proqram çərçivəsində Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisinin formalaşmasında rolu, milli opera və operettanın yaradıcısı kimi misilsiz xidmətləri barədə geniş söhbət aparılır. Dinləyicilərə bəstəkarın ölməz əsərlərindən – “Koroğlu” operasından uvertüra, “Arşın mal alan” operettasından seçmələr, simfonik və kamera musiqiləri təqdim olunur.
“Radio Classica”nın musiqi ekspertləri və aparıcıları qeyd edirlər ki, Üzeyir Hacıbəylinin yaradıcılığı təkcə Azərbaycan mədəniyyətinin deyil, ümumdünya musiqi xəzinəsinin əvəzolunmaz hissəsidir. Proqramda bəstəkarın Şərq və Qərb musiqi üslublarını sintez edən yenilikçi yanaşması, həmçinin onun Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılmasındakı misilsiz xidmətləri vurğulanır.
Bu təşəbbüs Azərbaycanın zəngin musiqi irsinin beynəlxalq miqyasda təbliği, Üzeyir Hacıbəyli yaradıcılığının beynəlxalq auditoriyaya daha geniş çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Layihə həmçinin Azərbaycan-İtaliya mədəni əlaqələrinin möhkəmlənməsinə töhfə verir, ölkəmizin dünya musiqi məkanındakı mövqeyini daha da gücləndirir.
Baxış sayı:121
Bu xəbər 18 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















