İtkin düşən balıqçıların qardaşları çarəsiz vəziyyətdə: On gündür xəbər yoxdur
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları davam etdirilir.
Mahmud İbayevin qardaşı Rəşad İbayevin sözlərinə görə, qayıq istiqamətini dəyişib və onlar İrana tərəf getmiş ola bilərlər:
"On gündür xəbər yoxdur. Bəlkə də İrana gediblər. Hələlik heç bir xəbər yoxdur. Hava küləkli olsaydı, qayıq batmış ola bilərdi. O vaxt hava dumanlı idi, nə baş verdiyini yalnız Allah bilir".
Qeyd edək ki, hazırda balıqçıların axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Ətraflı Baku TV-nin süjetində:
İtkin düşən balıqçıların qardaşları çarəsiz vəziyyətdə: "On gündür xəbər yoxdur"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Yanvar 2025 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















