Icma.az
close
up
RU
İtkin düşən hərbçilərə görə 120 min VERİLİR

İtkin düşən hərbçilərə görə 120 min VERİLİR

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Ukraynada qanlı və amansız müharibə davam edir. Döyüşlər zamanı bəzi hərbçilər yaralanır, əsir və ya ümumiyyətlə itkin düşür. Belə hallarda onların ailələrinə dövlət tərəfindən maddi dəstək göstərilir.

Redaktor.az xəbər verir ki, bu haqda araşdırma aparılıb və mövzu ilə bağlı bütün detallar ictimaiyyətə təqdim edilib.

İlk addım – polisə müraciət

Əgər hərbçi itkin düşürsə, ilk növbədə polis orqanlarına ərizə ilə müraciət etməli və itkinin başvermə şəraitini ətraflı şəkildə izah edilməlidir. Hərbçi evinə qayıdana qədər onun ailəsi müəyyən məbləğdə maddi yardım ala bilər.

İtkin düşmüş hərbçilərə görə ödəniş qaydası

Ukraynanın Veteranlar Nazirliyinin məlumatına görə, itkin düşmüş hesab edilən hərbçinin maaşı xüsusi sərəncama əsasən təyin olunmuş şəxsə ödənilir. Əgər belə bir sərəncam yoxdursa, maaşın 50 faizi birinci dərəcəli qohumlar arasında bərabər şəkildə bölüşdürülür.

Birinci dərəcəli qohumlara aşağıdakılar daxildir:

həyat yoldaşı (əri və ya arvadı);

yetkinlik yaşına çatmamış övladlar;

əlilliyi olan yetkin yaşlı övladlar;

valideynlər (əgər valideynlik hüququndan məhrum edilməyiblərsə və aliment almırlarsa).

Əgər birinci dərəcəli qohumlar yoxdursa, maaşın 20 faizi qardaşlar, bacılar və 18 yaşdan yuxarı övladlar arasında bölünür.

Ödəniş nə qədər müddət davam edir?

Bu yardım, hərbçi “itkin düşmüş şəxs” statusunu itirənə qədər ödənilir. Yardımın məbləği hərbçinin vəzifəsindən asılı olaraq dəyişir və orta hesabla 120 min qrivna təşkil edir.

Bu vəsaitin yarısı qohumlar arasında bölünür, qalan yarısı isə hərbi hissənin balansında saxlanılır. Əgər hərbçi sağ tapılarsa və ya əsirlikdən azad edilərsə, həmin pul ona ödəniləcək. Əgər hərbçinin həlak olduğu sübuta yetirilərsə, saxlanılan vəsait onun mirasının bir hissəsinə çevrilir.

Maddi yardım necə rəsmiləşdirilir?

Yardım almaq üçün hərbçinin xidmət etdiyi hərbi hissənin komandirinə ərizə ilə müraciət edilməlidir.

Bunun üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

ərizəçinin şəxsiyyət vəsiqəsi və vergi identifikasiya kodunun surəti;

hərbçi ilə qohumluğu təsdiq edən sənədin surəti;

vəsaitin köçürüləcəyi bank kartının nömrəsi;

hərbçinin itkin düşməsi ilə bağlı sübutlar.

Vacib xəbərdarlıq

Əgər hərbçi fərari olubsa, könüllü şəkildə yoxa çıxıbsa və ya qanun pozuntusu törədibsə, bu halda dövlət tərəfindən maddi yardım göstərilmir (musavat.com).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri