İtkin düşmüş gəlin keşişin vanna otağından tapıldı FOTO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Braziliyada itkin düşmüş gəlin yerli keşişin evində tapılıb.
Milli.Az xəbər verir ki, hadisə Nóva-Marinqa şəhərində baş verib. 42 yaşlı keşiş Luçano Bragi Simplisiyo gənc qadını vanna otağında gizlədib.
Bir qrup kişi Simplisiyonun evinə girərək qadını gizlətdiyini güman edib. İnternetə yayılan kadrlarda yarıçılpaq keşişin insanları otağa buraxmamağa çalışdığı görünür. Qapı zorla açıldıqdan sonra hamam otağında 21 yaşlı gəlin tapılıb. Şahidlərin sözlərinə görə qadının əynində mayka və şort olub.
Həm keşiş, həm də qadın intim münasibətlərin olmadığını bildiriblər. Simplisiyo qadının evə yalnız kilsədə işlədikdən sonra duş qəbul etmək üçün gəldiyini deyib.
Episkopluq araşdırma başladığını açıqlayıb. Kilsə rəsmiləri bildirib ki, "lazımi kanonik tədbirlər görülür" və camaatı anlayışlı olmağa və dualarını davam etdirməyə çağırıblar.
İsmayıl
Milli.Az
Baxış sayı:191
Bu xəbər 17 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















