İtkin şəhid Akif Qurbanovun qalıqları dəfn edildi
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Akif Cəbrayıl oğlu Qurbanov dəfn edilib.
Redaktor.az xəbər verir ki, əvvəlcə şəhidlə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra mərhumun qalıqları Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Akif Qurbanov 1975-ci ilin oktyabrın 29-da Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. 1994-cü il 26 aprel tarixində Ağdam rayonu, Şotlanlı kəndi ərazisində itkin düşüb.
Bu mövzuda digər xəbərlər:İtkin şəhid Dəyanət Musayevin qalıqları Ucarda dəfn edildi
03 İyul 2026 13:17
İtkin şəhid Cavanşir Həsənovun qalıqları Balakəndə dəfn olunub FOTO
19 Fevral 2026 17:42
İtkin şəhid Ayaz Zərbalıyev dəfn edildi
12 Sentyabr 2025 14:06
İtkin şəhid Cəlilabadda dəfn edildi FOTOLAR
19 Fevral 2026 17:54
İtkin şəhid Rəşadət Piriyevin nəşinin qalıqları dəfn olundu FOTO YENİLƏNİB
22 May 2026 14:05
Baxış sayı:104
Bu xəbər 21 Avqust 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















