İTV “Bavariya” PSJ oyununun yayımı ilə bağlı açıqlama yaydı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti UEFA Çempionlar Liqasının “Bavariya” və PSJ arasında yarımfinal qarşılaşmasının cavab oyununun yayımı ilə bağlı açıqlama yayıb.
İdman.Biz bildirir ki, açıqlamada deyilir: “Əziz futbolsevərlər!
Məlumat üçün bildiririk ki, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.
“Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Hazırda davam edən oyunun yayımı ilə bağlı yaranmış problemə görə İctimai Televiziya məsuliyyət daşımır”.
Qeyd edək ki, bu komandalar arasında yarımfinalın ilk oyunu “CBC Sport” tərəfindən yayımlanmışdı. Cavab oyunu isə naməlum səbəbdən yayımda yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 07 May 2026 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















