Icma.az
close
up
RU
İTV dən Avroviziya mahnımızla bağlı tənqidlərə cavab!

İTV dən Avroviziya mahnımızla bağlı tənqidlərə cavab!

Olay.az saytına istinadən Icma.az xəbər verir.

İctimai TV “Avroviziya” mahnımızla bağlı müzakirələrə reaksiya verib.

Bu barədə telekanaldan OLAY-a bildirilib. Məlumatda qeyd olunub:

“Azərbaycanın “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsindəki təmsilçisi və mahnısı ilə bağlı rəsmi açıqlama

Azərbaycanın “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi JIVA-nın ifa etdiyi “Just Go” mahnısı ictimaiyyətə təqdim olunub.

Son günlər sosial şəbəkələrdə təmsilçimiz, mahnı seçimi və yaradıcı heyətlə bağlı müxtəlif müzakirələr fonunda ictimaiyyətə seçim prosesi barədə daha ətraflı məlumat verməyi zəruri hesab edirik. Azərbaycanın builki təmsilçisinin müəyyənləşdirilməsi prosesi çoxmərhələli və peşəkar seçim əsasında həyata keçirilib. Bu yanaşma nümayəndə heyətinin 2023-cü ildən etibarən ardıcıl tətbiq etdiyi seçim modelinə uyğundur. Qeyd edilməlidir ki, son illərdə bu prosesə maraq əhəmiyyətli dərəcədə artıb. Əgər əvvəlki dövrlərdə mahnı seçimində xarici müəlliflərin payı daha yüksək idisə, son illərdə yerli bəstəkar və müəlliflərin fəallığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu il təqdim olunan mahnılar arasında da yerli müəlliflərin üstünlük təşkil etməsi sevindirici haldır. Seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnıların 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib. İlkin mərhələdən etibarən seçim prosesi çərçivəsində JIVA-nın namizədliyi ekspertlər tərəfindən ayrıca nəzərdən keçirilib və onun 2025-ci ildə “Səs Azərbaycan” layihəsinin qalibi kimi əldə etdiyi uğur da qiymətləndirmədə nəzərə alınıb. Bu yanaşma onun artıq peşəkar səhnədə özünü təsdiqləmiş ifaçı olması, güclü canlı vokal imkanları və illərlə formalaşmış səhnə təcrübəsi ilə əsaslandırılıb. Digər müraciətlər peşəkar heyət tərəfindən qiymətləndirilib və növbəti mərhələyə 18 namizəd seçilərək dəvət olunub. Bu mərhələdə onlar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Namizədlərin vokal imkanları, səhnə təqdimatı, artistik ifadə üslubu və beynəlxalq auditoriya üçün potensialı xüsusi diqqətlə qiymətləndirilib. Dinləmələrin nəticəsində daha iki namizəd müəyyənləşdirilib və beləliklə, yekun qısa siyahı üç iştirakçıdan ibarət olub. Yekun qərar xüsusi formalaşdırılmış fokus qrupunun və ekspert rəyinin nəticələri əsasında qəbul olunub. Nəzərə alınan əsas meyarlardan biri də bu ildən etibarən “Avroviziya”nın yarımfinal mərhələsində münsiflər səsverməsinin yenidən tətbiq edilməsidir. Bu dəyişiklik fonunda güclü canlı ifa və sabit vokal imkanları xüsusi əhəmiyyət daşıdığı üçün seçim zamanı bu meyar əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Məhz bu baxımdan JIVA-nın namizədliyi daha qabarıq şəkildə önə çıxıb və o, Azərbaycanın 2026-cı il təmsilçisi kimi seçilib.

JIVA (Cəmilə Həşimova) güclü vokalı, təcrübəli ifası və səhnə səmimiyyəti ilə tanınan azərbaycanlı müğənnidir. Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanması ilə başlayır. 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olub. Müğənni müxtəlif musiqi layihələrində uğurla iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və Montreux Jazz Festivalında səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi çıxış edərək caz elementlərini müasir estrada ilə birləşdirib. 2017-ci ildən etibarən JIVA solo karyerasını davam etdirir, pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir. 2018-ci ildə o, “Jara” Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib, 2025-ci ildə isə Röya Ayxanın komandasında “Səs Azərbaycan” layihəsinin qalibi olub.

Azərbaycanı “Avroviziya 2026”da təmsil edəcək mahnı — “Just Go” — sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnının söz və musiqisinin müəllifi ABŞ-də yaşayan azərbaycanlı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-də müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. 1961-ci ildə Bakıda anadan olan Fuad Cavadov əvvəlcə 6 saylı musiqi məktəbində akkordeon ixtisası üzrə təhsil alıb, daha sonra Asəf Zeynallı adına Musiqi Kollecinin musiqi nəzəriyyəsi və bəstəkarlıq fakültəsinə daxil olub. Təhsil illərində paralel olaraq “Azkonsert”də İlhama Quliyeva, Nisə Qasımova, Mübariz Tağıyev və digər tanınmış sənətçilərlə çalışıb, həmçinin öz vokal-instrumental kollektivini yaradaraq konsert proqramları ilə çıxış edib. 1986-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan bəstəkar burada xor dirijorluğu və bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. Təhsil illərində onun bəstəkarlıq müəllimləri Əziz Əzizov, Leonid Vaynşteyn və Fərəc Qarayev olub. Məhz onların rəhbərliyi altında müxtəlif musiqi alətləri və vokal üçün klassik instrumental əsərlər bəstələyib. 1995-ci ildən etibarən ABŞ-də yaşayan Fuad Cavadov beş musiqi albomu buraxıb, film və televiziya layihələri üçün musiqilər yazıb və hazırda Los-Ancelesdə yaradıcılıq fəaliyyətini davam etdirir. Qeyd edək ki, Fuad Cavadov Amerika Bəstəkarlar Assosiasiyasının üzvüdür.

Bununla yanaşı, seçim mərhələsində təqdim olunan bütün mahnılar ümumi qaydalar çərçivəsində diqqətlə nəzərdən keçirilib və onların hazırlanma prosesi ilə bağlı zəruri meyarlar qiymətləndirilib. Son günlər sosial şəbəkələrdə mahnı və onun müəllifi ilə bağlı müxtəlif iddialar, o cümlədən əsərin guya süni intellekt vasitəsilə yaradılması barədə fikirlər səsləndirilir. Bildiririk ki, bu fikirlər həqiqəti əks etdirmir. “Just Go” peşəkar yaradıcı yanaşma əsasında hazırlanmış orijinal bir musiqi əsəridir və onun arxasında uzun illərə söykənən təcrübə, peşəkar bilik və yaradıcı əmək dayanır.

Biz hər zaman konstruktiv tənqidə açığıq. “Avroviziya” kimi böyük bir platformada fərqli fikirlərin olması təbiidir. Bununla yanaşı, ictimai müzakirələrin qarşılıqlı hörmət, sağlam fikir mübadiləsi və obyektiv yanaşma çərçivəsində aparılmasının daha doğru olduğuna inanırıq.

JIVA bu il Azərbaycanı beynəlxalq səhnədə təmsil edəcək istedadlı, zəhmətkeş və layiqli sənətçidir. O, bu fürsəti peşəkar hazırlığı, illərlə formalaşmış yaradıcılığı və səhnə bacarığı ilə qazanıb”.

Qeyd edək ki, 70-ci “Avroviziya” Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək və canlı şoular 12, 14 və 16 may 2026-cı il tarixlərində baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://olay.az
archiveBu xəbər 11 Mart 2026 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri