Icma.az
close
up
RU
IX “Muğam” müsabiqəsinin 9 yaşlı finalçısı Əhəd Ağayev

IX “Muğam” müsabiqəsinin 9 yaşlı finalçısı Əhəd Ağayev

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 avqust, Abdulla Suvar, AZƏRTAC

Muğam xalqımızın milli-mənəvi sərvəti, tükənməz xəzinəsidir. İldən-ilə bu sənəti sevənlərin sayı artır, heyranları çoxalır. Xüsusilə qeyd etməyə dəyər ki, dövlət tərəfindən də muğama lazımi dəstək verilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun muğam layihələri - "Qarabağ xanəndələri" albomu, "Muğam ensiklopediyası", "Muğam irs" və s. bu sahədə çox böyük rol oynayır. Həmin layihələrin sırasında "Muğam” televiziya müsabiqəsinin öz yeri var. Müsabiqə neçə-neçə gənc ifaçının yoluna işıq salıb, onların istedadının cilalanmasında, tanınmasında, sənət yoluna çıxmasında müstəsna rol oynayıb.

IX “Muğam” televiziya müsabiqəsinin finalçısı Əhəd Ağayev də belə istedadlardan biridir. O, muğam sənətində ilk addımlarını atır.

“Qarabağ şikəstəsi”ndən başlanan uğur hekayəsi

Ağdam Muğam Mərkəzinin açılışında bir qrup gəncin ifa etdiyi “Qarabağ şikəstəsi” dağıdılıb viran qoyulmuş şəhərdə həyatın yenidən başlanmasının simvoluna çevrildi. Bu, təkcə musiqi nömrəsi deyildi, həm də zamanın səsi, yaddaşın oyanışı idi. Uşaqların səsləndirdiyi muğam ürəklərə kövrəklik ələdi, həmin anların şahidi olan hər kəsin qəlbində titrək duyğular oyatdı. Onların ifası sanki illərlə susdurulmuş torpağın danışması, boşalmış yurd yerlərinə qayıdışın harayı idi.

Əhədi ilk dəfə onda gördük, onda kəşf etdik. Az bir vaxtdan sonra o, IX “Muğam” televiziya müsabiqəsindəki çıxışı ilə yenidən minlərin, milyonların sevimlisinə çevrildi. Səhnədə özünü aparması, düzgün tələffüzü, ən başlıcası səsinin imkanlarından düzgün istifadə etmək qabiliyyəti onu həmyaşıdlarından fərqləndirir. Şübhəsiz ki, bütün bunlar Əhədin istedadından xəbər verir. Amma onu da demək lazımdır ki, onun kiçik sinəsində böyük ürək döyünür. Əgər belə olmasaydı, o, muğamı böyüklər kimi oxumazdı. Onun bir fərqli cəhəti də var: öz üzərində işləməsi, hər xırda detalın üstündə saatlarla vaxt sərf etməsi və bundan yorulmaması. Elə bu keyfiyyətlərinə görə onu həmyaşıdlarına nümunə hesab etmək olar.

Əhəd Ağayev əslən Ağdamın Sarıhacılı kəndindəndir. Müşfiqabad qəsəbəsində köçkün şəhərciyində yerləşən Gülablı kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə üçüncü sinif şagirdidir.

Atası Mehdi AZƏRTAC-ın müxbiri ilə söhbətində Əhədin uşaqlıqdan muğam, xalq və bəstəkar mahnılarını zümzümə etməyi xoşladığını deyir: “El arasında deyildiyi kimi, Qarabağda oxumayan, zümzümə etməyən adam çox az olar. Əhəd də uşaq vaxtından bəzi mahnı və təsnifləri zümzümə edirdi. 5 yaşı olanda “Xudayar təsnifi”ni oxudu. Getdikcə onda olan bu həvəsin ötəri olmadığını hiss elədik və bundan sonra onu Gülablı kənd Uşaq Musiqi Məktəbinə apardıq. Məktəbin direktoru Aygün Hüseynova və məktəbin müəllimi xanəndə Humay Məmmədova ona qulaq asandan sonra məktəbə qəbul etdilər. Elə bununla da Əhədin sənət yolu başladı. Onların xeyir-duası ilə çıxdığı yol uğurlu oldu. Sonra Habil Məmmədovun qrupuna qatıldı. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən IX “Muğam” televiziya müsabiqəsi elan olunanda Əhədin sənədlərini təqdim etdik. Müsabiqənin seçim turunda münsiflər heyəti onu da ilk onluğa daxil etdilər. Əhədin də onların sırasında olması bizi çox sevindirdi”.

Ağdam, Qarabağın toy otağısan...

IX “Muğam” televiziya müsabiqəsinin finalçılarından olan Əhəd Ağayev hazırda yarışmanın son mərhələsinə böyük həvəs və inamla hazırlaşır. Məşqarası onunla qısaca söhbət edirik. O deyir: “Müsabiqə mübarizə meydanıdır. Təbii ki, hər kəs qalib gəlmək istəyir. Lakin əsas məsələ muğamları düzgün, dəqiq və şirin səslə oxumaqdır. Bunun üçün çoxlu çalışmaq lazımdır. Axı müsabiqədə qalib gəlmək, mərhələləri adlamaq üçün səsdən başqa qəzəlləri də mükəmməl öyrənmək lazımdır. Qəzəlləri öyrənəndə o qədər oxuyub təkrarlayıram ki, bəzən gecələr yatanda yuxuda da qəzəlləri sayıqlayıram. Mənim üçün mükəmməl və düzgün öyrənmək hər şeydən vacibdir”.

Onu da deyək ki, 9 yaşlı Əhəd Ağayev “Muğam” televiziya müsabiqəsində ilk ifası ilə hamının ürəyini fəth elədi. O, müsabiqəyə qədər Ağdam Muğam Mərkəzinin açılışında iştirak edib və ata yurdunda olmaq onun qəlbində xoş duyğular oyadıb: “Atam Ağdam, onun gözəllikləri, havası-suyu, adamların musiqiyə olan marağı barədə mənə çox danışmışdı. İlk dəfə doğma yerlərə qədəm qoyanda qəlbimdən qəribə hisslər keçdi. Necə deyərlər, torpaq məni özünə çəkdi. Bir mahnıda deyildiyi ki, Ağdam Qarabağın toy otağıdır. Elə bildim ki, bu yerlərdə doğulmuşam. Xoşbəxtlikdən oradakı ifam da yüksək dəyərləndirildi və bu, məni çox sevindirdi. Həmçinin tanınmış muğam ifaçıları ilə eyni səhnəni bölüşmək də qürurverici hiss idi. Bunlar mənin növbəti uğurlarım üçün bir başlanğıc oldu. Muğam müsabiqəsində ilk dəfə “Qaçaq Nəbi” xalq mahnısını və “Segah” muğamını ifa etdim. Tamaşaçıların gur alqışlarından hiss etdim ki, ifam yaxşı alınıb. Yeri gəlmişkən, məni həm Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışa, həm də “Muğam” televiziya müsabiqəsinə hazırlayan müəllimim, Əməkdar artist Təyyar Bayramova minnətdarlığımı bildirirəm”.

Türkmənistanda Azərbaycan zənguləsi

Balaca xanəndənin müəllimi Təyyar Bayramovla da həmsöhbət olduq. “Əhəd özünəməxsus səs tembrinə malikdir. Yaşının az olmasına baxmayaraq, muğamları çox gözəl mənimsəyib və daim öz üzərində ciddi işləyir. Böyük muğam aləminə qədəm qoymaq üçün gərək çox şey mənimsəyib öyrənəsən. Ona görə vaxtaşırı ona lazımi tapşırıqlar verirəm. “Muğam” televiziya müsabiqələri də çoxlu yeni və maraqlı səslərin kəşf edilməsinə yol açır. Bu, həm bizi, həm də xalqımızı sevindirir. Muğama yeni səslər, yeni nəfəslər gəlir, bu da onun inkişafına böyük töhfə verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynayır”, - deyə Əməkdar artist bildirib.

Söhbət əsnasında onu da öyrənirik ki, Əhəd Ağayev ölkəmizi beynəlxalq tədbirdə də təmsil edib. O, Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri”nin iştirakçılarından olub. Tədbirlər Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalq auditoriyaya təqdim etmək məqsədi daşıyıb. “Azərbaycan Milli Günü” münasibətilə Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala-konsertdə ifası onun beynəlxalq tədbirdə ilk çıxışı olub.

Qarşıda onu böyük imtahan gözləyir

Bir neçə müsabiqədə mükafatlar qazanan Əhəd Ağayev deyir ki, ən çox sevdiyi muğam “Qatar” və “Şahnaz” muğamlarıdır.

Bu il 20 illiyi qeyd olunacaq “Muğam” televiziya müsabiqəsinin iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə səsləndirir, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edirlər. Hər yeni görüş, həm də onlar üçün yeni bir başlanğıc olur. Bu il 9-cu dəfə keçirilən və may ayında start verilən IX “Muğam” televiziya müsabiqəsi artıq yekunlaşmaq üzrədir. Avqustun axırlarında müsabiqənin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub. Müsabiqənin finalçılarından olan Əhədlə söhbətimizə yekun vurmağa çalışırıq, çünki məşqə tələsir. Hansı muğam parçasını ifa edəcəksən sualına isə belə cavab verir: “Bəli, müsabiqənin ən həyəcanlı məqamına gəlib çatırıq. Dörd aydan çoxdur ki, bu həyəcanı hər bir çıxış zamanı yaşayırıq. Hər ifamıza görə münsiflərdən yüksək bal almağa çalışmışıq. Onların hər tövsiyəsi, iradı, göstərdiyi yol bizim üçün çox dəyərlidir. Mən finalda "Şikəsteyi-fars" təsnifini və “Qaçaq Nəbi” xalq mahnısını ifa edəcəyəm. Çox istəyirəm ki, finaldakı ifam da onların yüksək qiymətinə layiq olsun”.

Əhəd bizimlə sağollaşıb ayrılır. Qarşıda onu gərgin məşq, öz üzərində daim çalışmaq, çətin sınaq, böyük imtahan gözləyir. Bir də onlardan doğan uğurlar...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see299

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see210

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see159

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see137

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see132

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see125

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see121

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see120

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see120

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see120

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see120

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri