İxrac neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə xidməti müşavirə keçirilib AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi və bp Eksploreyşn (Kaspian Si) Limited şirkətinin nümayəndələri arasında SOCAR-ın təhlükəsizlik idarəsində xidməti müşavirə keçirilib.
Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirə zamanı Azərbaycanın enerji təhlükəsizliyində rolu, şaxələnmiş boru kəmərlərinin iqtisadi əhəmiyyəti, Azərbaycan Respublikasının quru ərazisindən keçən ixrac boru kəmərlərinin və onların yerüstü obyektlərinin təhlükəsizliyinin təmini, kəmərlərin dəhlizində baş verə biləcək mümkün hadisələrin vaxtında qarşısının alınması, eləcə də təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, mövcud risklərin azaldılması mövzusunda müzakirələr aparılıb. Müşavirənin yekunu olaraq tapşırıqlar və tövsiyələr protokollaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 16 Noyabr 2024 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















