Icma.az
close
up
RU
Agentlik: İxrac boru kəmərlərinin təhlükəsiz fəaliyyəti tam təmin olunub

Agentlik: İxrac boru kəmərlərinin təhlükəsiz fəaliyyəti tam təmin olunub

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin birinci yarımilinə dair “İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyəti ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) geniş tərkibdə iclas keçirilib.

Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bp, SOCAR və agentliyin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən agentliyin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisi polkovnik Nail Dadaşov bildirib ki, SOMDA tərəfindən mühafizəsi təmin edilən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsiz fəaliyyəti ötən dövrdə tam təmin olunub, hər hansı təxribat və ya kənar müdaxilə faktı qeydə alınmayıb. Tədbirlər Planının müddəalarının icrası davamlı şəkildə nəzarətdə saxlanılıb.

İclas zamanı 2025-ci ilin ötən dövründə görülmüş işlər təhlil edilib, cari vəziyyət dəyərləndirilib, həmçinin yaxın perspektiv üçün prioritet istiqamətlər müəyyən olunub. Aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən əməliyyat şəraitindəki dəyişikliklər, təhlükəsizlik riskləri və digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

İclasın sonunda Tədbirlər Planının icrası üzrə koordinasiyanın gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri