Icma.az
close
up
RU
İynələrdən sonra qalmış şişləri necə yox edək?

İynələrdən sonra qalmış şişləri necə yox edək?

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzən iynə vurulan yerlərdə (əsasən bu sağrı nahiyəsi olur) şişlər, bərkimiş sahələr əmələ gəlir.

Bu şişlər insanlara ağrı və narahatçılıq verir. Belə şişlər iltihablaşa və irinləyə bilər ki, nəticədə bu problemi yalnız cərrah həll edə bilər.

Bu vəziyyətə çatdırmamaq üçün ilk növbədə inyeksiyanın vurulması yalnız mütəxəssis tərəfindən həyata keçirilməlidir. İnyeksiyanın texnikasına dəqiqliklə riayət etmək, uzun iynəsi olan şprislərdən istifadə etmək bu problemin qarşısını alır. İnyeksiya zamanı pasiyent əzələni boş saxlamalıdır - bu şişlərin əmələ gəlməsinin profilaktik tədbirlərindən biridir.

İynələrdən sonra qalan şişlərlə mübarizə aparmaq üçün heparin, troksevazin, trokserutin kimi məlhəmlərdən istifadə etməyi tövsiyə edilir. Bu məlhəmlər iltihabəleyhinə təsir edir, yerli qan dövranını yaxşılaşdırır, şişin sovrulmasına komək edir.

Maqnezium sulfatı da bu problem zamanı kömək edir. Maqnezium sulfatı məhlulunda (apteklərdə satılır) steril bint isladılır və şişin üzərinə kompres şəklində qoyulur.

El arasında bu problemi həll etmək üçün müxtəlif xalq təbabəti vasitələrindən də istifadə olunur. Bu vasitələr arasında:

- Massaj (əzələ lifləri boyu aparılamlıdır, əks halada vəziyyət daha da pisləşə bilər)

- Yod setkası.

- Balla aplikasiyalar.

- Aloe şirəsi ilə kompreslər.

- Kələm yarpağı.

- Sellofan.

Bu vasitələr də müəyyən kömək edə bilər. Vasitələri birləşdirmək də olar - məsələn, yod setkası + sellofan və ya massaj + balla aplikasiya + sellofan (bal pambıq parçaya çəkilir, üzərinə sellofan qoyulur, plastırla bərkidilir).

Nəzərə almaq lazımdır ki, şişlərin müalicəsi uzun çəkə bilər. Buna hazır olmaq lazımdırı. Şişin yerində qızartı, ağrı əmələ gəlib, yerli hərarət qalxıbsa, vaxt itirmədən cərraha müraciət edin. Bu absesin (irinlik) inkişafına işarə edir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:724
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Noyabr 2024 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri