İyul ayında günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı AÇIQLANDI
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi cinsli olmaqla) müraciət edib.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib.
"Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.
Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib",- deyə əlavə edilib.

Güclü yağış: təcili yardıma müraciət edənlərin sayı...
17 Aprel 2025 13:47
Bakıda günvurma: 61 nəfər təcili yardıma müraciət edib
28 İyun 2025 19:17
Müsabiqəyə ilk dəfə müraciət edənlərin sayı AÇIQLANDI
18 Aprel 2025 12:13
Qarlı havaya görə təcili yardıma müraciət edənlərin sayı açıqlanıb
24 Fevral 2025 09:47
Ötən ay Bakıda təcili yardıma günvurma ilə bağlı 53 müraciət qeydə alınıb
05 Avqust 2025 15:51

