Icma.az
close
up
RU
İyulun 1 dən etibarən bu qanunu pozanları hansı cəzalar gözləyir? Hüquqşünas

İyulun 1 dən etibarən bu qanunu pozanları hansı cəzalar gözləyir? Hüquqşünas

Icma.az bildirir, Tribuna portalına istinadən.

İyul ayının 1-dən etibarən yaxın qohumlar arasında nikah qadağan ediləcək.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.

Bəs, vətəndaşlar qanun pozuntusuna yol verərsə, onları hansı cəza gözləyir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas-vəkil Ruslan Mustafazadə bildirib ki, qanunvericilikdə edilən dəyişiklikdən sonra həmin vətəndaşların nikaha daxil olması mümkün deyil.

Hüquqşünasın sözlərinə görə, nikah dedikdə, rəsmi nikahdan söhbət gedir. Yaxın qohumlar artıq rəsmi nikah bağlaya bilməyəcəklər. Yəni qeydiyyat şöbələri bu nikahları təsdiq etməyəcək. Qanunvericilikdəki bu qaydanın pozuntusu yalnız bir formada baş verə bilər ki, bu da onların faktiki nigaha daxil olması ilə baş verə bilər. Belə hallar aşkar edildikdə isə hələ ki, cəza tətbiqi ilə qanun icra edilməmişdir. Lakin, gələcəkdə belə dəyişikliklərin həyata keçirilməsi də mümkün olacaq. Faktiki olaraq şəxslər başa düşməlidirlər ki, qeyri-rəsmi nikah münasibətlərinə daxil olmaqla, onlar öz hüquqlarını zərbə altına qoyurlar. Gələcəkdə uşaqların atasının tanınması, valideyn hüququnun tanınması, nikah dövründə əldə edilmiş birgə əmlak məsələlərinin həlli kifayət qədər çətinləşəcək. Bəlkə də mümkünsüz olacaq. Bu səbəbdən də şəxslər artıq belə münasibətlərə girməkdən imtina etməlidirlər. Başa düşməlidirlər ki, gələcəkdə çox ciddi sənəd problemləri ilə qarşılaşacaqlar.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 İyun 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri