Icma.az
close
up
RU
İyunun 22 si Bülbülün doğum günüdür

İyunun 22 si Bülbülün doğum günüdür

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan klassik vokal məktəbinin banisi...

Əsl adı Murtuza Məmmədov olan olan Azərbaycan klassik vokal sənətinin banisi - Bülbülün doğum günüdür. Bülbül opera müğənnisi, təsniflərin mahir ifaçısı, musiqi folkloru tədqiqatçısı, professional vokal sənətinin banisi, SSRİ Xalq artisti və Stalin mükafatı laureatıdır. Məlahətli səs tembri, qeyri-adi, yumşaq oxu tərzi ilə xalq arasında sevildiyi üçün tez bir zamanda şöhrətin zirvəsinə ucala bilib. Elə Bülbül adını da xalq ona bu mənada verib. Murtuza Məmmədovun sənət fəaliyyətinə nəzər salanda, yaradıcılığının çoxşaxəli, səs imkanlarının genişliyinə şahid oluruq.

Bu gün Bülbülün anadan olmasından 128 il ötür. O, 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub.

Səhnə fəaliyyətinə 1916-cı ildən başlayan Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi çıxış edir. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan Bülbül həmin ali məktəbdə vokal üzrə ilk azərbaycanlı tələbə olur. İlk dəfə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında İbni Salam, “Əsli və Kərəm”də Kərəm, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında Qəribi oynayıb. Konservatoriyanı 1927-ci ildə bitirən Bülbül musiqi təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedir. Milanda təhsilini başa vurduqdan sonra 1931-ci ildə Vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır. Onun təşəbbüsü ilə 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılır.

Bülbül yaradıcılığı olduqca genişdir. “Koroğlu” operasında oynadığı Koroğlu rolu onun yaradıcılığının zirvəsi hesab edilir. 1938-ci il aprelin 5-də Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü də “Koroğlu” operası ilə açılıb. Bülbülün Azərbaycan mədəniyyətində, musiqisində xidmətləri böyükdür. Adı Azərbaycan musiqi tarixinə həm də simfonik muğamların yaradılmasının təşəbbüskarı və iştirakçısı kimi yazılıb. Böyük bəstəkar Fikrət Əmirovun “Şur”, “Kürd-ovşarı” simfonik muğamları məhz Bülbülün təşəbbüsü ilə yaranıb. O, operalardakı rolları ilə yanaşı, romansların, xalq mahnılarının və təsniflərin də mahir ifaçısı olub. “Sənsiz”, “Sevgili canan”, “Ölkəm”, “Süsən sünbül”, “Xumar oldum” və digər mahnı və romanslar məhz Bülbülün ifasında əbədilik qazanıb.

O, 1931-ci ildə SSRİ xalq artisti, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Ali Sovetinin deputatı, iki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” ordeni, İtaliyanın Haribaldi ordeni ilə təltif edilib.

Bülbül üçün dünyanın ən gözəl, cənnət məkanı Şuşa idi. Doğulub böyüdüyü ev Şuşada ev-muzeyi kimi fəaliyyət göstərir. Birinci Qarabağ müharibəsi illərində Bülbülün Şuşadakı ev-muzeyi ermənilər tərəfindən dağıdılaraq anbar kimi istifadə edilmişdi. Şuşada olan heykəli erməni terrorçuları tərəfindən güllələnərək bərbad günə salınmışdı. İndi Bülbülün ruhu Şuşa torpağına qovuşaraq şaddır. Ev-muzeyi yenidən təmir-bərpa olunub. Bülbül yenə də canından çox sevdiyi Şuşadadır. Sonuncu dəfə 1961-ci ilin iyul ayında Şuşada konsert verən Bülbül sentyabr ayının 26-da Bakıda vəfat edir. Fəxri iyabanda dəfn olunur.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyun 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see315

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see290

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see280

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see274

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see259

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see248

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see245

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see245

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see242

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see237

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see226

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see225

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see218

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see212

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see211

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see207

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see174

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri