7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür Akademiyadan REPORTAJ
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq Mülki Aviasiya Konvensiyasının imzalanmasının 50 illiyi ilə əlaqədar olaraq 1996-cı il dekabrın 6-da BMT Baş Məclisi tərəfindən 7 dekabr Beynəlxalq Mülki Aviasiya Günü elan olunub.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsi ilə icra olunub.
İlk dəfə sərnişin daşınmaları isə 1923-cü il avqustun 8-də "Yunkers" təyyarəsi ilə həyata keçirilib. 1999-cu ildə Bakı Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycan aviasiyasında əlamətdar hadisə olub. Bu həm də Azərbaycan Hava Yolları Konserninin dünya miqyasında qəbul edilməsi və özünün yeni inkişaf mərhələsinə daxil olmasında mühüm vasitəyə çevrilib.
Hazırda milli aviadaşıyıcı olan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti MDB ölkələrinin ən müasir təyyarə parkına malik lider aviasiya şirkətlərindən biridir. "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyası Azərbaycanın strateji əhəmiyyətə malik mülki aviasiya sahəsini bütün istiqamətlər üzrə beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislərlə təmin edən ali təhsil müəssisəsidir.
Akademiya 1992-ci ildə "Milli Aviasiya Mərkəzi" kimi yaradılıb, 1994-cü ildə isə Milli Aviasiya Akademiyası olaraq adlandırılıb. 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektoru fizika-riyaziyyat elmləri doktoru, professor Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Arif Mir Cəlal oğlu Paşayevdir.
Rektor təyin olunduğu ildən Milli Aviasiya Akademiyası yeni inkişaf mərhələsinə qədəm qoyub. Akademik A.Paşayevin fəaliyyəti sayəsində tədris prosesi və elmi-tədqiqat işləri ən müasir tələblər səviyyəsinə yüksəlib.
Milli Aviasiya Akademiyasından fotoreportajı təqdim edirik:
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Dekabr 2025 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















