Icma.az
close
up
RU
İyunun 26 sı Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

İyunun 26 sı Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 26 iyun, AZƏRTAC

İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1987-ci ildə iyunun 26-sını dünya miqyasında narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsinə qarşı mübarizənin rəmzi günü kimi elan edib. Bu günün əhəmiyyəti ilk növbədə ictimai diqqəti narkotik probleminin miqyasına, bu bəlanın insan sağlamlığına, ailələrə və cəmiyyətə vurduğu fəsadlara yönəltməkdən ibarətdir.

Eyni zamanda, bu gün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da cəlb olunduğu genişmiqyaslı maarifləndirmə və profilaktik tədbirlərin keçirilməsi üçün mühüm fürsətdir.

Ənənəvi olaraq hər il olduğu kimi, cari il ərzində də 26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı ölkəmizdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra silsilə tədbirlər həyata keçirilməkdədir. Bunlar aşağıdakılardır:

- SMS bildirişin (DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az , Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;

- Narkotik istifadəsinə qarşı mübarizəyə aparmağa səsləyən şüar və cümlələrin, rolapların istifadəsi, gənclər arasında maarifləndirici bukletlərin paylanması;

- “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində respublikanın regionlarında gənclərə narkotik vasitələrin insan orqanizminə mənfi təsiri və törətdiyi fəsadlara dair biliklərin artırılması məqsədilə təlimlərin təşkili;

- Ali və orta ixtisas təhsili müəssisələrində tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə “Sağlam həyat tərzi və ailə dəyərləri” mövzusunda seminarların və ictimai mühazirələrin təşkili;

- Bakı şəhəri üzrə elektron informasiya tablolarında “Özünü qoru, narkotikə hədəf olma!” şüarının nümayişi;

- Maarifləndirici videoçarxların Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi;

- Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə tədbirlərin keçirilməsi.

Həyata keçirilən tədbirlərin media subyektlərində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri