Icma.az
close
up
RU
İyunun 30 da Beynəlxalq Parlamentarizm Günü qeyd olunur

İyunun 30 da Beynəlxalq Parlamentarizm Günü qeyd olunur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 iyun, AZƏRTAC

2018-ci ildə BMT Baş Assambleyası öz qətnaməsində parlamentlərin və parlament təşkilatlarının həm milli səviyyədə, həm də qlobal davamlı inkişaf məqsədlərinə nail olunmasında, həmçinin bütün dünyada insanların həyatının yaxşılaşdırılmasında rolunu vurğulamaq üçün Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) yaradılmasının ildönümünü ilə əlaqədar Beynəlxalq Parlamentarizm Gününü təsis edib.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, 2025-ci ildə bu əlamətdar gün “Gender bərabərliyinə nail olmaq” devizi altında qeyd olunur. Təşkilatın müraciətində deyilir: “Qadınlar bütün dünyada milli və yerli parlamentlərdə kifayət qədər təmsil olunmur. Bu isə onların siyasi hüquqlarını, qanunlar və büdcələr üzərində təsirini məhdudlaşdırır. BMT Qadınları siyasət dialoqları və partiyalararası əməkdaşlıq vasitəsilə daha çox qadın liderlərin, dəstəkləyici qanunların və bacarıqların artırılmasının tərəfdarıdır. Beynəlxalq Parlamentlərarası İttifaq (IPU) kimi qruplarla tərəfdaşlıq bu səylərin açarıdır. Onun tərkibində 40 ildən artıqdır fəaliyyət göstərən Qadın Parlamentarilər Forumu qadın deputatlara gender qeyri-bərbərliyi problemini həll etmək səlahiyyətini verir və 2025-ci il bu mövzuya yanaşmanı təcəssüm etdirərək kişiləri müttəfiq kimi əhatə edir. Forum qadınların parlament nümayəndə heyətlərinə daxil olmasını tələb edən qaydaların tətbiqinə kömək edir.”

BMT qeyd edir ki, 1889-cu ildə yaradılmış IPU beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə və münaqişələri müharibədən çox dialoq yolu ilə həll etməyə yönəlmiş ilk siyasi çoxtərəfli təşkilatdır. O, tarixi boyu parlament diplomatiyası üçün əsas platforma olub. Təşkilatın təsirini onun təsisçilərinin və çoxsaylı digər tanınmış üzvlərinin qlobal sülh səylərinə töhfələrini vurğulayaraq Nobel Sülh mükafatına layiq görülməsi faktı da vurğulayır. IPU sülhə sadiqliyi fonunda tərksilah üçün güclü təbliğat aparır, nüvə silahlarından azad dünya üçün fəal lobbiçilik edir və qeyri-dövlət subyektlərinin kütləvi qırğın silahlarına yiyələnməsinin qarşısını almaq məqsədi daşıyan BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin hərtərəfli həyata keçirilməsini dəstəkləyir.

Müharibənin qadınlara və gənclərə qeyri-mütənasib şəkildə təsir etdiyini qəbul edən IPU bu qruplar üçün sülh və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Bu diqqət münaqişə vəziyyətlərində qadınların və gənclərin rollarına və müdafiəsinə toxunan BMT Təhlükəsizlik Şurasının 1325 və 2250 saylı qətnamələrini rəhbər tutur.

IPU Qadın Parlamentarilərin Forumu 2025-ci ildə 40 illik yubileyini qeyd edir. O, bu kontekstdə gender bərabərliyini və qadınların siyasətdə təmsil olunmasını inkişaf etdirmiş 40 nüfuzlu qadının töhfələrini təqdir edir. Bu qabaqcıl liderlər Forumun gündəliyinin formalaşmasında, qlobal əməkdaşlığın təşviqində və bütün dünyada qadınların səlahiyyətlərini gücləndirmək üçün qanunvericilik islahatlarının aparılmasında mühüm rol oynayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri