İZİA Müşahidə Şurasının iclası keçirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 13 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə videoformatda keçirilən iclasda agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov İZİA idarəçiliyində olan sənaye zonalarında 2024-cü ilin ötən dövrü ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Həmçinin iclas çərçivəsində agentliyin 2025-ci il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati–struktur məsələləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
29 Dekabr 2024 17:06
SOCARın Müşahidə Şurasının növbəti iclası keçirilib
09 Noyabr 2024 14:27
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
10 Mart 2026 17:31
SOCAR ın Müşahidə Şurasının növbəti iclası keçirilib
26 İyul 2025 09:12
Baxış sayı:223
Bu xəbər 13 Dekabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















