“İzo Fasad” Xocalı Futbol Klubunun titul sponsoru oldu Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İzo Fasad” MMC şirkəti Xocalı Futbol Klubunun titul sponsoru olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.
Birillik müqaviləyə əsasən şirkətin loqosu oyun formalarının üzərində əks olunacaq. Həmçinin “İzo Fasad” MMC-nin reklamları klubun sosial şəbəkə hesablarında yerləşdiriləcək.
Ev oyunları zamanı 15 liqasında iştirak üçün şirkətin bannerlərindən istifadə olunacaq.
Xocalı Futbol Klubunun prezidenti və təsisçisi İlkin Hacıyev “İzo Fasad” şirkətinin rəhbəri Sahib Hüseynova minnətdarlığını bildirib. O, şirkətin kluba böyük dəstək verdiyini vurğulayıb: “Bu, klubun inkişafı üçün ilk addımdır. İnanıram ki, gələcəkdə “İzo Fasad”la daha böyük əməkdaşlıqlara imza atacağıq”.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 29 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















