İzzət Bağırov: Zalı bağlatdırıb konsertə tək baxa bilər, məndən 12 dəvətnamə istəyir
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni İzzət Bağırov canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi konsert biletləri və tamaşaçı münasibəti ilə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, bəzi imkanlı şəxslər üçün pulun xüsusi əhəmiyyəti yoxdur.
"O adam üçün pul heç nədir. İstəsə, bütün zalı bağlatdırıb konsertə tək baxar. Amma elə adam var ki, səndən dəvətnamə istəyir. Hətta bir yox, 12 dənə dəvətnamə tələb edir", - deyə ifaçı bildirib.
İzzət Bağırov əlavə edib ki, müğənnilər adətən ilk sıralardakı biletlərin satılmasına üstünlük verirlər. Çünki həmin yerlər ən bahalı kateqoriyaya aid olur və konsertin maddi tərəfinə ciddi dəstək verir.
Sənətçi xarici ifaçıların konsertlərinə marağın daha çox olduğunu da vurğulayıb. O qeyd edib ki, tamaşaçılar bəzi xarici sənətçilərin çıxışlarına 500 m xərcləyərək bilet alırlar.
İzzət Bağırovun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub və izləyicilər arasında fərqli rəylər doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:157
Bu xəbər 18 İyun 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















