Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

“Jasmini Azərbaycan millisinin formasında görsəm, inanılmaz dərəcədə xoşbəxt olaram” Nigar Camalın ə MÜSAHİBƏSİ

“Jasmini Azərbaycan millisinin formasında görsəm, inanılmaz dərəcədə xoşbəxt olaram” Nigar Camalın ə MÜSAHİBƏSİ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın məşhur müğənnisi, “Avroviziya-2011” qalibi Nigar Camal böyük səhnə və beynəlxalq səviyyədə uğurun nə demək olduğunu yaxşı bilir. İndi isə ona qüruru qızı - İngiltərədə futbolçu karyerası quran Jasmin Keyn yaşadır.

“Luton Taun”da çıxış edən gənc futbolçu yaxın günlərdə baxımlı qolu ilə diqqət çəkib. Onun bu qolunun videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub. Lakin Jasminin həyatında futbol dünən peyda olmayıb. O, səkkiz yaşından bu idman növü ilə məşğul olur, rəqabət, zədələr və özünəinamla bağlı çətinliklərdən keçərək futbolu təhsili ilə bir arada davam etdirir.

Nigar Camal İdman.Biz-ə müsahibəsində qızının futbola necə başladığından, qarşılaşdığı çətinliklərdən, peşəkar karyera planlarından və gələcəkdə onu Azərbaycan millisinin formasında görmək istəyib-istəmədiyindən danışıb.

- Bu yaxınlarda Jasmin baxımlı qolla yadda qaldı. Hansı hissləri keçirdiniz?

- Bu, onun ilk qolu deyildi. Əlbəttə, çox böyük qürur hissi keçirdim. Onun uğurlarını görmək mənim üçün çox xoşdur. Xüsusilə də Jasminin futbolu nə qədər sevdiyini və bu idman növünün onun üçün nə qədər vacib olduğunu bildiyim üçün.

- Jasmin neçə yaşından futbolla maraqlanır? Onun bu seçiminə necə reaksiya verdiniz? Fikrindən daşındırmağa çalışmadınız?

- Jasmin səkkiz yaşından futbolla məşğul olur. İngiltərədə futbol çox populyar olduğundan, bir çox uşaq erkən yaşlarından bu idman növü ilə məşğul olmağa başlayır. Orada məktəb və universitet komandaları, rayonlararası yarışlar var. Futbol uşaqların və gənclərin həyatına çox təbii şəkildə inteqrasiya olunub.

Mən heç vaxt onu fikrindən daşındırmağa çalışmamışam. Əksinə, hər zaman dəstəkləmişəm. Üstəlik, o, təhsili ilə futbolu çox yaxşı şəkildə bir araya gətirə bilirdi. Bu, mənim üçün xüsusilə vacib idi. Əgər uşaq sevdiyi işlə məşğul ola bilir və eyni zamanda yaxşı oxuyursa, mən belə seçimi yalnız dəstəkləyirəm.

- Komandada özünə yer qazanması nə qədər vaxt apardı?

- O, çox çalışır, məşqçini dinləyir və tədricən təcrübə toplayır. Onun rəqabətdən qorxmaması və heyətdəki yerini zəhmətlə qazanmalı olduğunu başa düşməsi xoşuma gəlir.

- Jasmin futbolda hansı əsas çətinliklərlə üzləşib?

- Onun dizində bir neçə zədə olub. Bundan başqa, çətinliklərdən biri də, yəqin ki, özünəinamının kifayət qədər olmaması idi.

- Komanda yoldaşları Jasminin “Avroviziya” qalibinin qızı olduğunu bilirlər?

- Biz bunu çox qabartmamağa çalışırıq. Futbol meydanında o, komandanın oyunçularından biridir. Mənim xoşuma gələn də məhz budur.

- Jasmin gələcəkdə peşəkar səviyyəyə keçməyi düşünür?

- Bizim üçün ilk növbədə onun universitetdəki təhsili vacibdir. Futbola gəlincə, istəyirəm ki, o, bu idmandan zövq alsın, inkişaf etsin və daha yaxşı futbolçu olsun. Zamanla peşəkar liqaya keçmək imkanı yaranarsa və özü də bunu istəsə, əlbəttə, onu dəstəkləyəcəyəm.

- O, Azərbaycan futbolunu izləyir? “Qarabağ”ın İngiltərə klubları ilə oyunlarına baxıb?

- Bəli. Sonuncu dəfə Londonda “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olduğu oyunda iştirak edib.

- Onun sevimli futbolçusu kimdir?

- Onun heyran olduğu futbolçular var. Xüsusilə texnikası, sürəti və fərdi ustalığı ilə seçilən oyunçuları bəyənir. Düşünürəm ki, bu, təbiidir: gənc futbolçu həmişə özünə nümunə və ilham mənbəyi axtarır. Onun sevimli futbolçusu Son Hın Mindir.

- Bəs hansı komandaya azarkeşlik edir?

- Birmənalı şəkildə “Tottenhem”ə.

- Gələcəkdə qızınızı Azərbaycan millisinin heyətində görmək istərdiniz?

- Əlbəttə. Ana kimi Jasmini Azərbaycan millisinin formasında görsəm, inanılmaz dərəcədə xoşbəxt olaram. Amma istəklərimlə ona təzyiq göstərmək istəmirəm. Əgər bir gün ona dəvət gəlsə və özü də Azərbaycanı təmsil etmək istəsə, bu, ailəmiz üçün böyük qürur olar. Mənim üçün ən vacibi odur ki, o, buna öz zəhməti ilə nail olsun.

Yeganə Tuşiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Avqust 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri