Icma.az
close
up
RU
JBIC: Qlobal çağırışlara töhfə verməkdə qərarlıyıq

JBIC: Qlobal çağırışlara töhfə verməkdə qərarlıyıq

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (Japan Bank for International Cooperation - JBIC) karbon neytrallığına nail olmaqda və sosial məsələlərin həlli istiqamətində qlobal çağırışlara töhfə verməkdə qərarlıdır.

Report xəbər verir ki, bunu Bankın Baş direktoru Nobumitsu Hayaşi COP29 çərçivəsində təşkil olunmuş “Çətinliklər və nailiyyətlər” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, JBIC Avropadan fərqli olaraq təbii qaz layihələrinə, istər hasilat, istərsə də nəql sahəsində maliyyə dəstəyi göstərən azsaylı qurumlardan biridir.

Baş direktor qeyd edib ki, Asiya təbii qaz ehtiyacını daha kəskin hiss edir və bu sahədə layihələrə davamlı olaraq dəstək verilir. Eyni zamanda, bu layihələrin ekoloji cəhətdən daha təmiz, "yaşıl enerji" tələblərinə cavab verməsi üçün xüsusi diqqət ayrılır: “Ötən il COP28 çərçivəsində 3 milyard ABŞ dolları "yaşıl maliyyə" vəsaitini bir Milli Neft və Qaz Şirkətinə yönəltmək öhdəliyi götürdük. Həmin şirkət 2045-ci ilə qədər sıfır karbon hədəfini qarşıya qoyub və bərpa olunan enerji, hidrogen və ammonyakın inkişafı istiqamətində səylər göstərir. Bizim "yaşıl maliyyələşdirmə"miz bu cəhdləri dəstəkləyəcək. Bundan əlavə, Prezidentlə "yaşıl maliyyələşdirmə" sahəsində əməkdaşlıq memorandumu imzaladıq və bu istiqamətdə daha çox razılaşmalar üzərində işləyirik".

Qonaq 3 əsas sahədə "yaşıl maliyyələşdirmə"yə diqqət çəkib: "Bunlardan biri aşağı karbonlu texnologiyalardır. Yapon şirkətləri karbon tutma və saxlanma (CCS), metan monitorinqi (MRV) və sıfır qaz yandırılması texnologiyaları kimi qabaqcıl həllər təqdim edir və bu sahədə geniş əməkdaşlıq potensialı mövcuddur. 2-ci sahə
bərpa olunan enerjidir. Yaponiya Avropa, ABŞ və Yaxın Şərq tərəfdaşları ilə sıx əməkdaşlıq edərək, metan, hidrogen və ammonyak kimi alternativ enerji yanacaqları üzərində innovativ layihələr həyata keçirir. 3-cü sahə enerji təminatıdır. Yaponiya enerji təminatçıları və idxalçıları arasında körpü rolunu oynayaraq, enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləyir".

O iqlim dəyişikliyi ilə mübarizədə dəyişikliklərin vacibliyini vurğulayaraq, COP29 görüşünün real addımlar atılması üçün əlavə təkan olacağına ümid etdiyini bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri