Icma.az
close
up
RU
Restoranlarda QANUNSUZ ÖDƏNİŞLƏR Ekspertlər nə deyir?

Restoranlarda QANUNSUZ ÖDƏNİŞLƏR Ekspertlər nə deyir?

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar bir sıra restoranlarda əlavə ödənişlərin tələb olunması və kassa çeklərinin təqdim edilməməsi halları müşahidə olunur.

Müştərilər əlavə xidmətlər üçün ödəniş etdiklərini bildirirlər, lakin bu ödənişlər sənədləşdirilmir. İstehlakçı hüquqları təşkilatları bu kimi halların qanun pozuntusu olduğunu vurğulayır.

Bu vəziyyətin qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir və ümumiyyətlə, bu halların qanuna zidd təsirləri nələrdir?

Məsələ ilə bağlı Gununsesi.info -ya açıqlamasında  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə halların mövcudluğunun əsas səbəblərindən biri ölkədə istehlakçı siyasətinin uzun müddətdir ki, arxa planda qalmasıdır:

“Təəssüf ki, bu kimi hallar ölkədə getdikcə daha geniş yayılmaqdadır. Ciddi məsələlərdən biri də budur ki, ödəniş olunmamış və kassa çeki təqdim edilməmiş xidmət nəticəsində — istehlakçı zərər çəkərsə, zəhərlənərsə və ya həyatını itirərsə, onun hüquqlarını müdafiə etmək üçün ortada heç bir sənəd olmayacaq. Bu isə ciddi hüquqi və sosial problemlərin yaranmasına səbəb ola bilər. 

Hazırda ölkədə yalnız və yalnız biznesin inkişafı siyasəti üstünlük təşkil edir. Hökumət sanki biznes qurumlarına toxunulmazlıq statusu verib — onlara nəzarət etmək, yoxlama aparmaq, şikayət etmək demək olar ki, mümkünsüz hala gəlib. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun isə hələ 1995-ci ildə qəbul olunub. Bu müddət ərzində bazar dəyişib, iqtisadi münasibətlər genişlənib, dünya tamamilə fərqli mərhələyə keçib. Lakin sözügedən qanun demək olar ki, yenilənməyib və köhnə formada qalmaqda davam edir.

Müsbət haldır ki, cənab Prezidentin fərmanı ilə uzun illər İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu ildən, yəni fevral ayından etibarən nazirlikdən ayrılaraq birbaşa Prezident Administrasiyasına tabe olan ayrıca bir quruma çevrilib”.

Eyyub Hüseynov vurğulayıb ki, bu addım istehlakçı hüquqlarının qorunması istiqamətində irəliyə doğru atılmış mühüm bir addım hesab oluna bilər:

“Çünki həmin qurumun əsas funksiyalarından biri də məhz istehlakçı hüquqlarını müdafiə etmək və bu sahədə dövlət siyasətini formalaşdırmaqdır. Təəssüf ki, bu günə qədər qurumun rəhbərliyində köhnə komanda qalmaqda davam edir. Hələ də, fevral ayından bəri heç bir yenilik müşahidə olunmur.

İctimaiyyətlə əlaqələrin qurulması, qanunun tələblərinə əməl olunması istiqamətində hər hansı addım atılmayıb. Nə qədər ki, istehlakçı hüquqları arxa plandadır, nə qədər ki, Azad İstehlakçılar Birliyi zəif və təsirsiz fəaliyyət göstərir, bu kimi hallar davam edəcək və vətəndaşların hüquqları pozulacaq.

Belə vəziyyətlərlə qarşılaşan şəxslər istehlakçıların hüquqlarını müdafiə edən qaynar xətlərə müraciət etməlidirlər. Biznes qurumlarının “ərkəsöyün” obrazına son qoyulmalıdır”.

Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev qeyd edib ki, restoranlarda, ictimai iaşə obyektlərində və marketlərdə nağdsız ödənişlərin qəbulu təmin olunmalıdır.

O, əlavə edib ki, həmçinin ödəniş zamanı kassa çekləri təqdim edilməli və post-terminallardan istifadə olunmalıdır:

“Qanunvericiliyə əsasən, sahibkarlıq subyektləri post-terminal quraşdırmaqdan yayınarsa və il ərzində bu qanun pozuntusuna yol verilərsə, aşağıdakı məbləğlərdə maliyyə sanksiyası tətbiq olunur:

Təqvim ili ərzində birinci dəfə belə hal baş verdikdə — 1000 manat, İkinci dəfə baş verdikdə — 3000 manat, Üç və daha çox dəfə təkrarlandıqda isə — 6000 manat məbləğində cərimə nəzərdə tutulur.

Restoranlarda xidmət haqqının alınması ilə bağlı da qanunvericilik tələbləri mövcuddur. Əgər xidmət haqqı alınırsa, bu barədə menyuda açıq şəkildə qeyd edilməli və müştəriyə əvvəlcədən bildirilməlidir. Restoranların vəzifəsi vətəndaşa xidmət göstərməkdən və  Azərbaycan Respublikasının qanunlarına əsasən, bu xidmətə görə ayrıca “əlavə xidmət haqqı” tələb olunması qanunsuz və əsassızdır”.

Hüquqşünas vurğulayıb ki, vətəndaşlar post-terminalın təqdim edilməməsi, kassa çekinin verilməməsi və ya əsassız xidmət haqqının tələb olunması kimi hallarda Dövlət Vergi Xidmətinə, həmçinin Antiinhisar və İstehlakçı Hüquqlarının Müdafiəsi Agentliyinə rəsmi şəkildə müraciət edə bilərlər.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri