Icma.az
close
up
RU
Jorj Kaşkilya: Qalib gələ bilməsək belə, uduzmuruq da

Jorj Kaşkilya: Qalib gələ bilməsək belə, uduzmuruq da

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Çox mübarizəli oyun getdi. Bilirdik ki, "Şamaxı" uzun paslara üstünlük verir, buna hazır idik. Oyun çox sərt keçdi. Son 30 dəqiqədə biz daha çox hücuma keçdik ki, qol vuraq. Şanslarımız var idi. Amma dəyərləndirə bilmədik. "Şamaxı" yenə də çox qayda pozuntusuna yol verirdi. Baş hakim də buna imkan verirdi. Çünki çox hallarda onların çox sərt oynamasına imkan yaradırdı. Biz isə  oyunun tempini yüksək tutmağa çalışırdıq. Lakin qayda pozuntuları öz təsirini göstərirdi,rəqib sürəti aşağı salırdı. Hakimlərdən bunun qarşısını daha effektiv alacağını gözləyirdik. Baş vermədi. Biz isə sonlara yaxın daha yaxşı oynadıq, epizodlarımız var idi. Heç-heçə oynadıq, pis nəticə deyil. Amma bu nəticə ilə razı deyilik, Şamaxıya qələbə üçün gəlmişdik".

Sportal.az xəbər verir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 23-cü turunun “Şamaxı” ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Sonuncu dəfə 12-ci turda qələbə qazanmısınız, son dəfə qolu isə 5 tur əvvəl vurmusuz. Hansı planda komandanızdan razısız?

- Digər komandalardan fərqli olaraq, bizdə hücumameyilli oyunçuların keyfiyyəti hardasa çatışmır. Son nöqtəni qoymaq baxımından belədir. Üstəlik, biz aşağı liqadan gəlmişik və 22 xal yığa bilmişik. Bu da yaxşı nəticədir. Sonuncu pillədən 2 pillə yuxarıdayıq. Limitli komanda olsaq da, yaxşı oyun göstəririk. Güclü komanda oyunu göstərərək, bu cür nəticələr qazanırıq. Hər oyunda komandamdan razıyam. Çünki bütün futbolçular 100 faizini verir, mübarizə aparır. Sizin sualınızı da başa düşürəm, qalib gələ bilmirik, qol vura bilmirik. Amma mövqeyimiz pis deyil. Komandamız sona qədər mübarizə aparır. Qalib gələ bilməsək də, uduzmuruq da. Hər bir komanda "İmişli" ilə görüşdə problem yaşayır.

- "İmişli" 11-ci pillədə qərarlaşan komandadan 6 xal geridədir. Qarşıda isə çətin oyunlarınızın olduğunu nəzərə alsaq, xal fərqinin aradan qalxacağından narahat deyilsizki?

- Əlbəttə ki, bu bizi narahat edir. Məqsədimiz də odur ki, xal fərqi azalmasın. Başa düşürük ki, qarşımızda çətin rəqiblər var. Amma biz rəqiblərə əvvəllər də layiqli müqavimət göstərmişik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Mart 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri