Icma.az
close
up
RU
Juninyo: Azərbaycandakı dostlarım üçün darıxacağam

Juninyo: Azərbaycandakı dostlarım üçün darıxacağam

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

"Qarabağ"dan transfer olunan futbolçu Olavio Juninyonun Braziliyanın "Flamenqo" klubunda təqdimat mərasimi olub.

Teleqraf.com xəbər verir ki, tədbir "Ninyo-do-Urubu" stadionunda gerçəkləşib. Klubun futbol direktoru Joze Botodan 23 nömrəli formanı alan 29 yaşlı hücumçu arzusunu gerçəkləşdirdiyini bildirib.

"Burada olmaqdan çox şad və istəkliyəm. "Flamenqo"nun adından böyük motivasiya yoxdur", deyən Juninyo ötən mövsüm də Braziliyaya qayıtmaq üçün təkliflər aldığını açıqlayıb.

Lakin o, həmin vaxt vətəninə dönmək istəmədiyini söyləyib: "Mən münasib anı gözləyirdim. İndi isə "Flamenqo"nun mənimlə maraqlandığını bildikdə və təklif aldıqda çox düşünmədim. Çünki "Flamenqo"da oynamaq hər bir futbolçunun arzusudur. Mən buna həyatımın böyük çağırışı kimi yanaşıram. Hələ uşaqlıqdan "Flamenqo"nun adını eşidirdim. Azərbaycanda da bu klub barədə yüksək fikirdədirlər. Ən vacib məqamlardan biri də budur ki, özüm də braziliyalıyam.Baş məşqçi Felipe Luis mənə zəng etdikdə, inanmadım. Onun səviyyəsində oyunçu olmağı hamı arzulayır. Telefon danışığımızdan da çox məmnun oldum. Üstəlik, baş məşqçimizin oyun modelinə uyğun gəlirəm. Komandaya kömək etmək üçün buradayam. İnanıram ki, kollektivə çox yaxşı uyğunlaşacağam. "Flamenqo"nun heyətində Braziliya çempionu olmaq istəyirəm".

Juninyo əsasən, rəqib qapısı qarşısında mərkəzdə yer almağı üstün tutduğunu, əsas keyfiyyətlərinin isə sürət və rəqib müdafiəçilərə təzyiq olduğunu vurğulayıb. O, "Flamenqo"da əsas çətinliyin təqvimlə əlaqədar olduğunu söyləyib: "Futbol hər yerdə 11-in 11-ə oyundur. "Qarabağ" daim avrokuboklarda iştirak edir və bu da təsadüfi deyil. Bu turnirdə bütün rəqiblər güclü idi. Mən buna hazıram. Braziliyada da güclü komandalara qarşı oynayacağıq".

Təcrübəli forvard Azərbaycan barədə yüksək fikirlər səsləndirib: "Bu ölkəni siz tanımaya bilərsiniz. Amma çox gözəl ölkədir, getməyi məsləhət görürəm. Yaxşı yeməkləri var. Dostlarım üçün darıxacağam".

Qeyd edək ki, Olavio Juninyo "Qarabağ"dan "Flamenqo"ya 5 milyon avroya keçib. O, Braziliya klubu ilə 2028-ci ilin iyununadək müqavilə bağlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 22 Yanvar 2025 00:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri