Juninyo Flamenqo dakı ilk çıxışını dəyərləndirib
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Flamenqo" forması ilə debüt oyununa çıxan Olavio Juninyo performansı barədə danışıb.
Oxu.Az xəbər verir ki, komandada ilk rəsmi matçına çıxan 28 yaşlı hücumçu debütü ilə bağlı fikirlərini bölüşüb.
"Səhv etmirəmsə, cəmi dörd məşqdə iştirak etmişəm. Komanda yoldaşlarıma yavaş-yavaş uyğunlaşıram. Kollektivdə çox keyfiyyətli futbolçular var. Yalnız onu deyə bilərəm ki, arzularımdan birini gerçəkləşdirmişəm".
Qeyd edək ki, Juninyo "Carioca - Taca Guanabara" turnirində "Volta Redonda" ilə matçda meydana çıxıb. Forvard 60-cı dəqiqədə Bruno Enrikenin yerinə meydana daxil olub. Qarşılaşma "Flamenqo"nun 2:0 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:75
Bu xəbər 27 Yanvar 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















