Juninyo “Qarabağ”da qalmaq istəmir ispanlar Qurban Qurbanovun etirafından yazdı
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya La Liqasında çıxış edən “Sevilya”nın “Qarabağ”ın futbolçusu Juninyoya rəsmi təklif göndərdiyi bəllidi.
Xatırladaq ki, keçid prosesində durğunluq yaşanır. Düzdü, bu yöndə iddialar çoxdu. Lakin reallıq fərqlidi. Klubun ilk təklifini qəbul etməyən “köhlən atlar” qarşı tərəfdən yenilənmiş və daha yaxşı şərtlər gözləyir.
“Football-plus.az” xəbər verir ki, mövzu İspaniyanın tanınmış “Marca” nəşrinin də diqqət mərkəzindədi. Qəzet hadisələrin axarını belə şərh edib:
“Sevilya” hücum xəttini gücləndirmək üçün Juninyonu hədəfə alıb. İş orasındadı ki, futbolçunun məxsus olduğu klub, yəni “Qarabağ” ispanların təklifini qəbul etmir. Azərbaycanlılar “Sevilya”dan 5 milyon avro istəyir. Lakin bu klubun qarşılaya biləcəyi məbləğ deyil. Görünür, “Qarabağ” Juninyo kimi futbolçunu asanlıqla itirmək istəmir. Bu barədə konkret məlumat sahibi olmaq üçün klubun direktoru Əmrah Çəlikəli dinləyək: “Juninyonun satılması mümkün deyil. Hər ehtimala qarşı qış fasiləsini gözləyək”.
Lakin braziliyalı oyunçunun yolu “Sevilya”ya doğrudu. Çünki futbolçu özü “Qarabağ”da qalmaq istəmir. Bunu həm Qurban Qurbanov etiraf edir, həm də oyunçunun son vaxtlar sərgilədiyi davranış... Baş məşqçisi onun gecələr yata bilmədiyini deyir. İndi nəinki “Qarabağ”, futbolla maraqlanan bütün azərbaycanlılar düşünür ki, Juninyonun “Sevilya”ya gəlməsinə mane olmaq mümkün deyil. Belə şəraitdə futbolçunu komandada saxlamaq isə “Qarabağ” üçün doğru addım olmayacaq”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 Dekabr 2024 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















