Icma.az
close
up
RU
TÜRKPA İstanbulda Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya iclasında iştirak edib

TÜRKPA İstanbulda Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya iclasında iştirak edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 yanvar, AZƏRTAC

TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda Türk Dövlətləri Təşkilatının Katibliyinin qərargahında keçirilən Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsinin 6-cı iclasında iştirak edib.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Türk Dövlətləri Təşkilatının Baş katibi səfir Kubanıçbek Omuraliyevin sədrliyi ilə keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk İnvestisiya Fondunun İqtisadi məsələlər üzrə baş müşaviri Erhan Türbedar və Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula iştirak ediblər.

İclasda Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və nümayəndələri çıxış edərək təşkilatların əsas fəaliyyət istiqamətləri və hazırda həyata keçirilən təşəbbüslər barədə məlumat veriblər.

TÜRKPA Baş katibi öz çıxışında 2026-cı il üzrə Fəaliyyət Planına TÜRKPA-nın töhfəsi qeyd edərək, həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivəsində keçirilməsi nəzərdə tutulan parlament diplomatiyasına həsr olunmuş beynəlxalq konfrans haqqında məlumat verib.

Baş katib dövlət başçılarının Zirvə görüşləri ərəfəsində daha səmərəli koordinasiyanın təmin edilməsi məqsədilə Türk Əməkdaşlıq Təşkilatlarının koordinasiya iclaslarının ildə iki dəfə keçirilməsini təklif edib. Təklif iştirakçılar tərəfindən dəstəklənib.

R.Həsən, həmçinin yüksək səviyyədə qəbul edilmiş qərarların icrasının təmin olunması və parlament proseseslərinin dövlət başçılarının strateji baxışı ilə uzlaşdırılması məqsədilə TDT ilə TÜRKPA arasında, həmçinin ekspertlər səviyyəsində də əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

İclas iştirakçıları türk əməkdaşlığı ilə bağlı bir sıra əsas məsələlər ətrafında müzakirələr aparıb. Xüsusilə, Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə dövlət başçıları tərəfindən qəbul edilmiş qərar və tapşırıqların icrasına diqqət yetirilib.

Tarixi əhəmiyyəti vurğulanan Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivəsində birgə tədbirlərin təşkili məsələsi xüsusi olaraq ön plana çəkilib.

İclasın yekun mərhələsində Türk Əməkdaşlıq Təşkilatlarının 2026-cı il üzrə Fəaliyyət Planı təqdim olunub. İştirakçılar təklif olunan fəaliyyətləri nəzərdən keçirib, fikir mübadiləsi aparıb, koordinasiya və səmərəliliyin artırılmasına yönəlmiş təklif və qeydlərini səsləndiriblər. Müzakirələrin yekununda 2026-cı il üzrə Fəaliyyət Planı qəbul edilib.

Səfər zamanı Baş katibi onun müavini Talqat Aduov və komissiya katibi Aynurə Abutalıbova müşayiət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri