Jurnalist Zülfüqar Rüfətoğlu Londonda dəfn olunub FOTO
Icma.az bildirir, Azpost portalına istinadən.
Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müsəlmanların dəfn olunduğu “Firdaus bağçası” adlı qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində Z.Rüfətoğlunun dostları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, o, noyabrın 9-u Londonda qaraciyər xərçəngi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Səhər” qəzetinin təsisçilərindən biri, “Mavigözlü ögey ana” kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər “BBC Azərbaycan” xidmətində fəaliyyət göstərib.
Baxış sayı:148
Bu xəbər 13 Noyabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















