Zülfüqar Rüfətoğlu Londonda dəfn olunub
Icma.az bildirir, Apa.az-ə əsaslanaraq Zülfüqar Rüfətoğlu Londonda dəfn olunub.
Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müsəlmanların dəfn olunduğu "Firdaus bağçası" adlı qəbiristanlıqda torpağa tapşırılıb.
APA xəbər verir ki, dəfn mərasimində Z.Rüfətoğlunun dostları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, o, noyabrın 9-u Londonda qaraciyər xərçəngi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.
![see](https://icma.az/template/assets/label.png)
Zülfüqar Rüfətoğlu Londonda dəfn olundu
14 Noyabr 2024 10:19
Zülfüqar Rüfətoğlu Londonda dəfn olunub FOTOLAR
13 Noyabr 2024 23:07
Zülfüqar Rüfətoğlu Londonda dəfn olundu FOTO
13 Noyabr 2024 21:44
Zülfüqar Rüfətoğlu Londonda dəfn olundu Foto
13 Noyabr 2024 21:46
Zülfüqar Rüfətoğlu Londonda dəfn olundu KONKRET
13 Noyabr 2024 23:24
![see](https://icma.az/template/assets/see.png)