Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Jurnalistin dövrün tələblərinə uyğun olaraq daim təkmilləşməsi mütləqdir

Jurnalistin dövrün tələblərinə uyğun olaraq daim təkmilləşməsi mütləqdir

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azad medianın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdədir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müasir dünyada azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın müstəqillik tarixinin 1993-cü ildən bu günə qədərki dövrünün təhlili belə bir reallığı təsdiqləyir ki, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar prosesi mediada da geniş şəkildə özünün aydın ifadəsini tapır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib.

O bildirib ki, bütün dövrlər üçün aktuallığını qoruyan əsas hədəflərdən biri jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasıdır: "Nəzərə alsaq ki, ictimai fikrin formalaşmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür, bu halda onların ictimaiyyətin informasiya tələbatını hansı səviyyədə, daha dəqiq desək, informasiyaların dəqiqliyinin yoxlanılması şəraitində ödəmələri daha böyük önəm daşıyır. Digər tərəfdən, bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. Bu mühüm statistik rəqəm də jurnalist peşəkarlığının və məsuliyyətinin aktuallığını təsdiqləyir. Azərbaycan dövlətinin mətbuatın inkişafına yönələn addımları davamlılığı ilə diqqətdədir. Əgər mətbuat da öz növbəsində, üzərinə düşən missiyanı sözün həqiqi mənasında söykəndiyi prinsiplər əsasında yerinə yetirərsə, bu halda həmin mətbu orqana cəmiyyətdə inam da böyük olar, KİV-lər əhalinin informasiya tələbatını daha dolğun şəkildə ödəyər.

Ölkəmizdə “Media savadlılığı” Həftəsinin keçirilməsi də jurnalist peşəkarlığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Media savadlılığı özündə mühüm çağırışları ehtiva edir. Təbii ki, bu tələb jurnalistin əldə etdiyi informasiyanın dəqiqliyini araşdırmadan cəmiyyətə təqdim etməsinin mümkünsüzlüyünü ortaya qoyur. Dezinformasiyanın hansı problemlərə yol açdığını unutmamalıyıq. Dövlətimizin başçısı İlham Əliyevin hələ 2016-cı ildə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimindəki çıxışında dezinformasiyaların yaratdığı problemlərdən bəhs edərək bu məqamı vurğulamışdır ki, bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir: “Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Yəni, burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir.” Prezident İlham Əliyev sözügedən tədbirdə medianın rolu ilə yanaşı, məsuliyyətinin də artdığını diqqətə çatdırmışdır. Azərbaycanın belə tədbirlərə ev sahibliyini müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi kimi dəyərləndirən dövlətimizin başçısı bildirmişdir ki, hamımız azad medianın tərəfdarıyıq. Hamımızın, xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var.

Prezident İlham Əliyev bütün çıxışlarında ölkəmizdə azad mətbuatın inkişafından bəhs edərkən daim informasiyanın dəqiqliyinin vacibliyini xüsusi vurğulayır. Səsləndirilən hər bir çağırış mətbuatın qarşısında mühüm vəzifələr qoymaqla yanaşı, qarşıdakı dövrdə hədəflərə yüksək səviyyədə nail olmaq üçün yol xəritəsidir.

Medianın İnkişafı Agentliyinin yaradılması da dövlətimizin müasir çağırışları özündə əks etdirən islahatlar prosesinin tərkib hissəsidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin tarixi Zəfərimizin reallıqları əsasında imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında da qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranır. O da bildirilir ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda həyatın hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac var. Həmin sənədə uyğun olaraq Medianın İnkişafı Agentliyinin yaradılması və son üç ildə həyata keçirdiyi layihələr, atdığı addımlar azad medianın inkişafına, jurnalist peşəkarlığının artırılmasına böyük töhfələrdir. Keçirilən “Media savadlılığı” mövzusunda konfrans da bunun bariz nümunəsidir".

Onun sözlərinə görə, media savadlılığının artırılması davamlı prosesdir: "Jurnalistin dövrün tələblərinə uyğun olaraq daim təkmilləşməsi mütləqdir. Təbii ki, bu kimi təkmilləşmələr, peşəkarlığın artırılması mediada yayılan məlumatın dəqiqliyini, yaxud reallığı əks etdirmədiyini müəyyənləşdirməyə yardımçı ola bilər. Dövlətimizin başçısı İlham Əliyev bu ilin iyulunda yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda “Sizcə, biz nə dərəcədə çətin vəziyyətdəyik, böhran nə dərəcədə ağırdır” sualını cavablandırarkən bildirdi ki, təəssüflər olsun bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilib. Bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilib. Bəzən təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Demokratik inkişafın mühüm göstəricilərindən biri kimi çoxsaylı mətbu orqanların fəaliyyəti, eyni zamanda, yayılan informasiyaların bolluğu fonunda məlumatların dəqiqliyinin müəyyənləşdirilməsi təbii ki, bacarıq tələb edir. Bu da öz növbəsində media savadlılığının artırılmasını aktuallaşdırır. 2022-ci ildə qəbul olunan yeni “Media haqqında” Qanunda da bu, əsas tələb kimi irəli sürülür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Dekabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri