Kabab bişirərkən daha az yağlı ətlərdən istifadə etmək məqsədəuyğundur
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Qastroenteroloq Mariya Petraçenkova yay aylarında kababdan zəhərlənmə hallarının artdığını bildirib.
Redaktor.az xəbər verir ki, o, bu haqda lenta.ru-ya müsahibəsində danışıb.
Mütəxəssis qeyd edib ki, insanlar yeməkləri əvvəlcədən çox miqdarda hazırlayıb vaxtında istifadə etmədikdə zəhərlənmə riski artır.
“Belə hallarda qidada patogen bakteriyalar sürətlə çoxalmağa başlayır və onların həyat fəaliyyəti nəticəsində toksinlər əmələ gəlir. Bu maddələr orqanizmə daxil olduqda ürəkbulanma, qusma, qarın ağrısı və hərarət kimi tipik zəhərlənmə əlamətləri yaranır”, - deyə Petraçenkova izah edib.
Onun sözlərinə görə, zəhərlənmə riskini azaltmaq üçün qrildə daha az yağlı ət növləri toyuq döşü, hinduşka, dana əti, yağsız donuz əti, balıq və ya dəniz məhsulları, həmçinin tərəvəz və göbələk qızartmaq daha məqsədəuyğundur.
“Yalnız kababdan deyil, həmçinin düzgün saxlanılmayan, kifayət qədər bişirilməyən, istifadə müddəti keçmiş qidalardan və gigiyenaya əməl edilmədən hazırlanan istənilən yeməkdən də zəhərlənmək mümkündür”, - deyə həkim əlavə edib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 İyul 2025 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















