Kabab sevənlər oxusun
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Mütəxəssislər həddindən artıq qızardılmış kababın sağlamlıq üçün yaratdığı risklərlə bağlı xəbərdarlıq ediblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər yüksək temperaturda və uzun müddət açıq odda bişirilən ət məhsullarında kanserogen maddələrin yaranma ehtimalı artdığını bildirir. Bu birləşmələr onkoloji xəstəliklərin inkişaf riskini yüksəltməklə yanaşı, orqanizmdə erkən qocalma proseslərini də sürətləndirə bilər.
Bildirilib ki, ətin üzərində formalaşan və qismən yanmış qabıq hissələri xüsusilə mədə-bağırsaq traktına mənfi təsir göstərir, selikli qişanı qıcıqlandırır.
Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, ən yüksək risk qrupu həddindən artıq qızardılmış kolbasa və sosislərdir. Tərkibində yüksək miqdarda duz və müxtəlif dad gücləndiriciləri olan bu məhsullarda termiki emal zamanı daha çox kanserogen maddələr əmələ gəlir.
Baxış sayı:100
Bu xəbər 03 May 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















