Kabel şəbəkələri, süni intellekt infrastrukturu məhv ediləcək Rezai
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Müharibənin taleyini müəyyən edəcək yeganə güc İran xalqıdır.
Modern.az xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib.
O, bölgədəki müharibənin dağıdıcı nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib. Rezainin sözlərinə görə, yeni toqquşma baş verəcəyi təqdirdə, dəyəri 2 trilyon dollardan çox olan kabel şəbəkələri, məlumat mərkəzləri, süni intellekt infrastrukturları və bir çox digər obyektlər məhv olacaq.
O, düşmənə qarşı daha ağır və genişmiqyaslı planla hərəkət edəcəklərini bildirib.
Çıxışı zamanı ABŞ dövlət katibinin son açıqlamalarına da münasibət bildirən Milli Təhlükəsizlik Şurasının baş katibi Rezai qeyd edib ki, min illər ərzində daha qüdrətli güclər belə İranı işğal etmək arzusunda olublar.
Rezai müxtəlif güclərin İranı öz hökmranlığı altına almaq və İran xalqını yer üzündən silmək həvəsinə düşdüyünü, lakin onların hamısının diz çökdürülərək geri çəkilməyə məcbur edildiyini söyləyib.
O, çıxışını bu sözlərlə yekunlaşdırıb:
“İranı narahat etdikcə daha da dərin bataqlığa düşürsünüz. Siz bizə tarixdən danışdınız, lakin bizim tariximizdə sizin üçün çox böyük dərslər var. İran xalqı qarşısında bir daha diz çökməli olacaqsınız və günün sonunda yalnız bu xalqın daha da ucalmasına xidmət etmiş olacaqsınız.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 11 Oktyabr 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















