Icma.az
close
up
RU
Kabus Zəngəzur dəhlizinin “başında dolaşır”

Kabus Zəngəzur dəhlizinin “başında dolaşır”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İrəvanın “fransızsayağı konsulluq oyunu” Moskva və Tehranın əsəblərini tarıma çəkib

Həm 2020-ci ilə qədər, həm də post-müharibə dövründə rəsmi Paris Azərbaycanla Ermənistan arasında sülh prosesinə maneçilik törətmək, bu yolla Cənubi Qafqaza “bayrağını sancmaq” üçün bütün vasitələrə əl atır. Emmanuel Makron iqtidarının bu məqsədə çatmaq üçün bu gün Nikol Paşinyan hakimiyyətinin zəifliyindən maksimum istifadə son vaxtlar siyasi diskussiyalarda Zəngəzur dəhlizi ilə bağlı ritorikanın güclənməsi Parisi növbəti qeyri-konstruktiv addımlara sövq edib.

Fransanın Ermənistanın Zəngəzur bölgəsində konsulluq açmaq planı reallaşdı. Bu barədə Ermənistan mediası məlumat yayıb. “İyunun 2-də Gorusda Ermənistan–Fransa konfransı və Sünikdə (Zəngəzur-red.) Fransa konsulluğunun açılış mərasimi keçirilib. Strateji əhəmiyyəti və Sünik regionu ilə Fransanın Auvergne-Rhône-Alp regionu arasında hərtərəfli əməkdaşlığı nəzərə alınaraq görüş yeri kimi Gorus şəhəri seçilib. Fəxri konsul postuna milliyyətcə erməni olan və Gorus Frankofoniya Mərkəzinin direktoru vəzifəsini icra edən Karmen Apunts təyin olunub. Açılış mərasimində Fransanın Ermənistandakı səfiri, Ermənistan xarici işlər nazirinin müavini, Gorus meri, Sünik qubernatoru, Vyana meri, fransalı bir neçə senator və digərləri iştirak ediblər”, – “Hraparak” qəzeti yazıb.

Fransanın Ermənistandakı səfirliyindən verilən məlumata görə, bu, baş konsulluq deyil, fəxri konsulluqdur. Yerli ekspertlər Fransanın Sünikdəki konsulluğunun “kollektiv Qərb”ə xidmət edəcək diplomatik-hərbi kəşfiyyat məqsədi daşıyacağı fikrini bölüşürlər.

***

Beləliklə, rəsmi Parisin bu addımı ilə bir nəfər belə Fransa vətəndaşının yaşamadığı Zəngəzurda viza xidməti barədə deyil, geosiyasi proseslərə daha yaxından nəzarətə nail olmağı hədəflədiyi məlumdur. Əsas məqsədin Zəngəzur dəhlizi üzərində geniş təsir imkanını, transmilli iqtisadi layihələrdən böyük dividendlər qazanmağın olduğu şübhə doğurmur. Əslində, bu fakt Bakıdan çox Tehranı, xüsusilə də Moskvanı narahat etməlidir. Konsulluq məsələsi Zəngəzur dəhlizi ətrafında hələ də davam edən siyasi diskussiyalar və Fransa–Ermənistan münasibətlərinin intensivləşməsi fonunda çeşidli şərhlərə, ehtimallara rəvac verib. Siyasi ekspertlərin fikrincə, Fransanın Gorusda baş konsulluq açması qətiyyən sırf diplomatik və ya texniki məsələ deyil. Bu addımın arxasında Parisin İrəvanı Cənubi Qafqazda özünün geosiyasi dayağına çevrmək niyyəti gizlənir.

Sünik vilayəti təkcə Ermənistan üçün yox, həm də Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Həmin ərazidə hansı ölkənin diplomatik nümayəndəliyinin yerləşməsindən asılı olmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, Zəngəzurdan Naxçıvana yol verməlidir. Rəsmi Parisin bu yolun açılmasına mane olmaq gücü yoxdur. Fransa bununla Rusiyaya qarşı əzələ nümayiş etdirir. Rəsmi Moskva iki il bundan əvvəl Qafan vilayətində konsulluq açmaq istəsə də, Ermənistan hökuməti buna icazə vermədi. Amma Fransaya dərhal “yaşıl işıq” yandırdı. Gorusda konsulluğun açılması, həmçinin Rusiyanın planının pozulması deməkdir.

Məsələyə Moskvanın reaksiyası özünü çox gözlətmədi. Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, son vaxtlar Ermənistanın Sünik vilayəti ətrafında gərginlik artıb və buna səbəb xarici ölkələrin Cənubi Qafqazda fəallığını gücləndirməsidir. Kreml prosesə məhz müdafiə naziri səviyyəsində münasibət bildirməklə Ermənistanı xəbərdar edir ki, bu hadisənin nəticəsi onun üçün heç də yaxşı olmayacaq. Yəni, Belousov dolayısı ilə Kremlin Fransanın Zəngəzurda konsulluq açmasının əleyhinə çıxdığını dilə gətirib. Moskva hesab edir ki, Fransanın Ermənistandakı fəallığının əsas məqsədi Rusiyanı bu bölgədən sıxışdırıb çıxarmaqdır. 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Hayastanda rusiyameyilli müxalifətin güclənməsi fonunda baş verən bu hadisə İrəvanın Moskvaya “strateji xəyanəti” kimi də başa düşülə bilər.

Konsulluq “çubuğunun” bir başı da İrana toxunur. Doğrudur, İran cəlbedici Zəngəzur vilayətinin Qafan şəhərində hələ 2022-ci ildə Baş konsulluğunu açıb. Amma rəsmi Tehran Ermənistanın kənar dövlətləri regiona gətirməsindən narahat olduğunu üstüörtülü şəkildə dəfələrlə biruzə verib. İndi görünən odur ki, İran–Ermənistan sərhədinin yaxınlığında Fransa konsulluğunun açılması ikitərəfli münasibətlərin soyumasına səbəb ola bilər. Nikol Paşinyan hökuməti kənar qüvvələri Cənubi Qafqaza gətirməklə bölgədə vəziyyəti gərginləşdirir. Aşkar görünən mənzərə ondan xəbər verir ki, İrəvanın Zəngəzurda “konsulluq oyunu” Moskva və Tehranı əməlli-başlı əsəbiləşdirib.

***

“Biz Fransanın Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və demokratiyanın daha da möhkəmləndirilməsinə verdiyi dəstəyi, Ermənistanın müdafiə qabiliyyətinin və iqtisadi dayanıqlığının gücləndirilməsində Parisin ikitərəfli və Aİ formatında göstərdiyi yardımı, Qərblə yaxınlaşma cəhdimizə dəstəyini yüksək qiymətləndiririk”. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan dünən Ermənistan və Fransa arasında mərkəzləşdirilməmiş əməkdaşlıq üzrə 5-ci konfransda çıxışında deyib. Onun sözlərinə görə, Ermənistan üçün strateji əhəmiyyət kəsb edən ərazilərin, o cümlədən Sünik vilayətinin inkişafı və dayanıqlığının artırılması məqsədini nəzərə alaraq, bu konfransın Gorusda keçirilməsi “təbii və gözləniləndir”.

Gorusda Fransanın fəxri konsulluğunun açılmasını aydın siyasi iradənin ifadəsi kimi dəyərləndirən Kostanyan hökumətlər arasında əldə edilmiş razılaşmanın yerinə yetirilməsi üçün yaxın gələcəkdə fransız şirkətləri tərəfindən Sünikdə strateji əhəmiyyət kəsb edən infrastruktur layihəsinin həyata keçirilməsinin şahidi olacağını bildirib. Onun sözlərinə görə, iki dövlət arasında münasibətlər görünməmiş yüksək səviyyədədir və həm də regional çağırışların aradan qaldırılmasında Ermənistana yardım göstərmək məqsədi güdür.

“Ermənistan bütün mövcud çağırışlara baxmayaraq, regionda davamlı sülhün bərqərar olması üçün qətiyyətli səylər göstərir”. Çıxışında daha sonra sülh sazişinə də toxunan hay nazir müavini qeyd edib ki, Ermənistan onu dərhal imzalamağa, sonra isə ratifikasiya etməyə hazırdır: “Problemlərin həllinin ən aydın, birbaşa və ən qısa yolu regionumuzda dinc yanaşı yaşama erasının başlanğıcını qoyacaq sazişin imzalanması və ratifikasiyasıdır”.

Kostanyanın erməni riyakarlığının, ikiüzlülüyünün əyani nümayişi hesab oluna biləcək çıxışına qısa sözardı olaraq bunu deməyi vacib sayırıq ki, bölgə dövlətlərinin – Rusiyanın və İranın iradəsinin ziddinə gedərək, Fransanın bayrağını Zəngəzura sancmaqla Cənubi Qafqazda sülhə deyil, eskalasiyaya xidmət etdiyini görməzdən gələn İrəvan “konsulluq oyunu”nun öz başında çatlayacağını da unutmamalıdır.

***

Bakı İrəvandan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Şübhə etmirik ki, Azərbaycan ilin sonuna qədər bu ədalətli istəyinə də nail olacaq. Fransanın Gorusda konsulluq açması Qərbin, NATO-nun Cənubi Qafqazda möhkəmlənməsi deməkdir. Azərbaycan heç bir hərbi blokun üzvü deyil. Bəli, Fransa NATO-nun aparıcı siyasi-hərbi parçasıdır. Biz isə NATO-nun ikinci böyük gücü sayılan Türkiyə ilə müttəfiqik. Paris İrəvanı öz çətiri altına almağa çalışmaqla Rusiyanı daha da hiddətləndirmək istəyir. Müəyyən mənada, bu, Bakının da maraqlarına cavab verir. Yəni, Ermənistan uğrunda yeni savaş bizi yeni-yeni təhlükələrindən sığortalaya bilər. Fransa bölgədən uzaq ölkədir və Zəngəzurda “səyyar bir konsulluq” açmaqla bu bölgəyə rəmzi bayrağını “sancmaqla”, bugünədək necə idisə, bundan sonra da heç nəyə nail ola bilməyəcək.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Fransa faydasız işlərlə məşğuldur. Bu gün onu neçə yüz illik müstəmləkəyə malik Afrikadan qovurlar, amma gəlib Gorusda konsulluq açır. Buna real heç bir təsiri olmayacaq nümayişkarənə hərəkət deyə bilərik. Paris bununla, sadəcə olaraq, Paşinyan hökumətinə özünün dəstəyini nümayiş etdirir. Azərbaycan tərəfdən, guya, hansısa hərbi müdaxilə olacağı təqdirdə, Fransanın orada yellənən bayrağı erməniləri nədənsə qorumağa hesablanıb. Özləri də yaxşı anlayırlar ki, konsulluğun açılması rəmzi xarakter daşıyan bir addımdır. Fransa orda nə konsulluq xidməti göstərəcək, nə də Gorusda yaşayan insanların həyatına müsbət təsiri olacaq.

Avropa İttifaqının bu ərazidə yerləşdirilmiş müşahidə missiyasının, demək olar ki, yarısı keçmiş fransız jandarmları və kəşfiyyatçılarıdır. Bəlkə konsulluq onlara hansısa nəzarəti həyata keçirmək, yaxud fəaliyyətlərinə dəstək vermək barədə düşünür. Amma Gorusdakı bir binanın üstünə Fransa bayrağını sancmaqla bölgədə nəyisə dəyişəcəklərini düşünürlərsə, kökündən yanılırlar.

Son zamanlar Fransanın atdığı addımların siyasi aqibəti ondan ibarət olub ki, sözdə edəcəklərindən danışırlar, fəqət işə gələndə əllərinin boş olduğu üzə çıxır. Azərbaycan rəsmi Parisin bu cür “siyasi jestləri”nə heç fikir verməməlidir.

Fransa ilə müqayisədə Rusiyanın Qafanda konsulluq açmaq planı təsirli addım sayıla bilərdi. Çünki burada söhbət Ermənistanın daxili həyatına müdaxilədən gedir. Misal üçün, Rusiyanın Gümrüdə hərbi bazasının və konsulluğunun olması müəyyən mənada ruspərəst qüvvələrə dəstək sayıla bilər. Hətta o bölgədəki seçkilərdə həmin qüvvələr Paşinyanın namizədini kənarda saxlamağı bacardılar. Məhz neokommunisti, mafioz namizədi Gümrüyə mer seçdilər. Moskvanın Qafanda konsulluq açmaq planına Paşinyan hökuməti icazə verməyib. Bəli, buna müəyyən əhəmiyyət kəsb edən hadisə demək olar. O ki qaldı Fransanın Gorusda açdığı konsulluğa, bunun nə daxildə, nə də beynəlxalq müstəvidə effekti olacaq.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri