Kadi Borqesdən yeni rekord
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ”ın futbolçusu Kadi Borqes yeni rekorda imza atıb.
Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının məlumatında bildirilib.
O, Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına sahib çıxıb.
Braziliyalı yarımmüdafiəçi buna turnirdəki 6-cı qolunu vurmaqla nail olub. O, pley-off mərhələsinin “Tvente” ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib. Bununla da Kadi UEFA Konfrans Liqasında “Qarabağ” forması ilə keçirdiyi 17 matçda 6-cı qoluna imza atıb.
Onun əvvəlki 5 qolu 2021/2022-ci illər mövsümünə təsadüf edib. Həmin vaxt Kadi III təsnifat mərhələsində Kipr AEL-inə (1:0) və pley-offda Şotlandiya “Aberdin”inə (3:1) bir, qrupda Kipr “Omoniya”sına (4:1) iki, pley-offda Fransa “Marsel”inə (1:3) bir qol vurub.
Bunadək Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına üç şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy Lens Mikels “Sabah”ın, Rafael Utziq “Qəbələ” və “Zirə”nin heyətində 5 qola sevinib.
Qeyd edək ki, Kadi “Qarabağ” forması ilə avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.
Baxış sayı:100
Bu xəbər 21 Avqust 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















