Icma.az
close
up
RU
“Kadillak” Pereslə müqavilə bağlayacaq?

“Kadillak” Pereslə müqavilə bağlayacaq?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Amerikanın “Kadillak” komandası həftəsonu keçiriləcək Mayami mərhələsi ərəfəsində təqdimat mərasimi keçirəcək.
Xatırladaq ki, bu komanda 2026-cı ildən dünya çempionatının iştirakçıları sırasına qoşulacaq. 2029-da zavod komandası statusu alacaq “Kadillak” həmin vaxta qədər “Ferrari” mühərriklərindən istifadə edəcək. Mayın 3-də Mayamidə keçiriləcək təqdimat mərasimində “Kadillak”ın və “Ceneral Motors”un rəhbərləri, eləcə də Hollivud aktyorları və “İndikar”ın ulduzları iştirak edəcək.
Hələ ki “Kadillak” növbəti mövsüm üçün pilotlarının adını açıqlamayıb. Amma meksikalı Serxio Peresin də Mayamiyə təşrif buyurması müəyyən mülahizələr irəli sürməyə əsas verir. Amerika komandası hazırda onunla danışıq aparır, müqavilə imzalamağa çalışır. Peres 2011-24 aralığında “Formula-1”də yarışıb. “Red Bull”dan başqa “Zauber”, “Maklaren”, “Fors İndiya” və “Reysinq Poynt” komandalarının şərəfini qoruyub, 2023 mövsümündə şəxsi hesabda 2-ci yei tutub. 2024 mövsümündə o, şəxsi hesabda 8-ci, komanda yoldaşı Maks Ferstappen isə çempion olub.
Ferstappendən söz düşmüşkən, “Alfa Tauri”nin sabiq rəhbəri Frants Tost onun haqda danışıb:

“Maks başqa texnikada qalib gələ bilərmi? O, hətta traktorla da hamını qabaqlayardı. Ferstappen ötən il “Ferrari GT” maşınını test etdi və dərhal başqalarından iki saniyə önə çıxdı. Maksın sürət duyumu var, avtomobilə nəzarət etməyi bacarır, tipindən asılı olmadan texnikanı hiss edir. Məhz buna görə “Formula-1”də dərhal istənilən maşının özəlliklərini öyrənir. Sonra da maşını özünün sürücülük üslubuna tabe etdirir”.


Bu arada "Formula-1" Meksika “Qran-pri”si ilə müqavilə müddətini 2028-ci ilə qədər uzadıb. Bu xəbəri baş direktor Stefano Domenikali açıqlayıb. Xatırladaq ki, Meksika mərhələsi 2015-ci ildə təqvimə qayıdıb. Bundan əvvəl 1992-ci ilə qədər hazırkı trassda yarışlar keçirilirdi. Əvvəlki müqavilənin müddəti 2025-ci ilin sonuna qədər idi. Meksika “Qran-pri”si bu il oktyabrın 24-dən 26-na qədər keçiriləcək. Bakıdakı mərhələ isə sentyabrın 19-21-i aralığında təşkil olunacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri