Icma.az
close
up
RU
Kadinin qayıdışı “Qarabağ”a düşərli oldu Tura baxış

Kadinin qayıdışı “Qarabağ”a düşərli oldu Tura baxış

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasının 22-ci turu “Qarabağ” üçün düşərli oldu. Ən yaxın izləyicisinin xal itirdiyi turda “köhlən atlar” böyük hesablı qələbə qazanamaqla liderliyini bir qədər də möhkəmləndirdi. Bu tur “Sabah”la “Neftçi” də vacib qələbə qazanmaqla öz azarkeşlərini sevindirməyi bacardılar.

“Şamaxı” – “Sumqayıt” 1:0
Qol:
Brahim Konate, 61.
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasiliye Radenoviç, 93. Brahim Konate, 9. Belajdi Pusi, 3. Vladislav Veremeyev, 66. Vasiliye Bakiç, 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 12. Maykl Tuik, 30. Andrey Tirkoveanu.
Baş məşqçi: Ayxan Abbasov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Momo Yansane, 5. Alan Dias, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili, 23. Ronaldo Vaskez.
Baş məşqçi: Vaqif Cavadov.

“Şamaxı”nın uzun fasilədən sonra qələbə qazanması da bu turun diqqətçəkən məqamlarındandır. Əyalət təmsilçisi orta pillələrdə möhkəmlənmək uğrunda əsas rəqiblərindən biri sayılan “Sumqayıt” üzərində vacib qələbə qazandı. “Şamaxı”ya 3 xal gətirən qolu isə Konate 61-ci dəqiqədə “Sumqayıt”ın qapısından keçirdi. “Gənclik şəhəri”nin komandası uzun müddətdir ki, qol və qələbə üzünə həsrət qalıb. Bu məqam da Vaqif Cavadovun gəlişindən sonra cücərməyə başlayan ümidləri sarsıdır. Hadisələrin gedişatı “Sumqayıt”ın son pillələrə doğru geriləməsini də qaçılmaz edir. İndilik isə komandanın tək təsəllisi “Şamaxı”dan öndə olmasıdır. Qələbə sayəsində xalını 20-ə çatdıran “Şamaxı” 8-ci pillədədir. “Sumqayıt” isə 22 xalla 7-ci yeri tutur.

“Sabah” – “Turan Tovuz” 2:1 
Qollar:
Pavol Safranko, 49. Cesse Sekidika, 60 -  Aleks Souza, 15.
"Sabah": 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyevı7. Boyan Letiç, 44. Sofian Çakla, 13. İvan Lepiniça, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev. 
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 32. Elgün Dünyamalıyev, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 12. Vinsent Til. 
Baş məşqçi: Vasili Berezutski. 
"Turan Tovuz": 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 77. Veysəl Rzayev, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 6. Araş Qaderi, 21. Aleks Souza. 
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 30. Mircamal Əlizadə, 29. Anton Kraçkovski. 
Baş məşqçi: Kurban Berdiyev.

“Qarabağ” üzərində qələbə qazandıqdan sonra azarkeşlərini xeyli ümidləndirən “Turan Tovuz” ardıcıl iki turda 3 xala həsrət qaldı. Ötən tur “Səbail”lə oyunda büdrəyən qərb təmsilçisi Masazırda məğlubiyyətlə barışmalı oldu. Baxmayaraq ki, ilk 45 dəqiqə “Turan Tovuz”un xeyrinə yekunlaşmışdı. Amma qələbə hesabını sona qədər qorumaq mümkün olmadı. Düzdür, bu nəticədə ədalət təmsilçilərinin də müəyyən “zəhməti” nəzərə alınmalıdır. Belə ki, “Sabah”ın vurduğu ikinci qoldan əvvəl Rəhim Sadıxova qarşı qayda pozuntusu olsa da, İnqilab Məmmədov bunu “görməzdən” gəldi. Daha sonra “Sabah”ın xeyrinə aut qeydə alındı ki, epizodun davamında meydan sahibləri qələbə qolunu vurdular. Tovuzlular oyunda sonra etiraz videosu və videoçarx yayımlasalar da, iş-işdən keçmişdi.
“Sabah” qələbə qazansa da, topladığı 31 xal komandaya 5-ci pillədən yuxarı qalxmağa imkan vermir. “Turan Tovuz” isə 36 xalla 4-cü pillədə qərarlaşıb.

"Araz-Naxçıvan" – "Kəpəz" 0:0
“Araz-Naxçıvan”:
12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.
“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 21. Camal Cəfərov, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 11. Trent Buhagiar, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.

Liderlər qrupunda yer alan “Araz Naxçıvan” növbəti xal itkisiylə barışdı. Elmar Baxşıyevin komandası bu dəfə “Kəpəz”ə bata bilmədi. Öz qapısından az qol buraxan naxçıvanlılar az qol vurmağın da cəzasını çəkdilər. “Kəpəz”in qapısına cəmi bircə dəfə yol tapmaq kifayət idi ki, “Araz Naxçıvan” 3 xalı bayram etsin, bununla da ikinci pillədə bir qədər də möhkəmlənsin. Amma bunu reallaşdırmaq mümkün olmadı. Xal itkisinə rəğmən “Araz Naxçıvan” ikinci sırada rəqibləri üçün əlçatmazdır. Muxtar Respublika təmsilçisi 44 xalla 2-ci yeri tutur və ən yaxın izləyicisindən 5 xal öndədir. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” isə 18 xalla 9-cu sıradadır.

"Zirə" – "Neftçi" 1:2 
Qollar:
Ruan Renato, 90+1 - Emin Mahmudov, 88. Ervin Koffi, 90+2.
"Zirə": 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 90. Davit Volkov, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 80. Həbib İsmayılov, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 23. Robert Bauer, 9. Bassala Sambu, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Zirədə keçirilən qarşılaşmanın son dəqiqələri əsl futbol trellerinə çevrildi. Komandalar az qala 90 dəqiqə qolsuz mübarizə aparmış, bir-birinin qapısına yol tapa bilməmişdilər. Hər şey 88-ci dəqiqədən sonra başladı. Emin Mahmudov Emil Səfərovun ağıl dolu ötürməsini tora qovuşdurmaqla “Neftçi”nin hesabda önə çıxardı. Amma çox keçmədi ki, hesab bərabərləşdi. Hücumçulara köməyə gələn Ruan Renato “Neftçi”ni məyus etdi. Di gəl ki, bu qol da oyunda vurulan son qol olmadı. Koffi Ramil Şeydayevin asmasını qapıya göndərməklə “Neftçi”yə 3 xal qazandırdı.
Bu qələbə “Neftçi”yə böyük motivasiya versə də, turnir cədvəlində böyük irəliləyişdən danışmaq olmaz. “Ağ qaralar” 24 xalla 6-cı pilləyə yüksəlməyi bacarsalar da, mükafatçılar hələ çox uzaqdadır. 3-cü pillədə qərarlaşan “Zirə” isə 39 xal toplamağı bacarıb.

"Qarabağ" – "Səbail" 5:0
Qol:
Benzia, 76-pen. Lenadro Andrade, 80; 85. Kadi Borges, 88. Nəriman Axundzadə, 90+3.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 9. Kadi Borges, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
“Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Queta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 8. Qorka Laruçça.
Baş məşqçi: Cavid Hüseynov.

Ardıcıl iki məğlubiyyətlə azarkeşlərini üzən “Qarabağ” möhtəşəm qələbə ilə geridönüş etməyi bacardı. Doğma komandasını qayıdan Kadi də bu vacib qələbədə böyük pay sahibi oldu. İlk yarısı qolsuz bitən qarşılaşmada hesabı Benzia 76-cı dəqiqədə penaltidən açdı. Ondan sonra qollar da bir-birinin ardınca gəldi. Qurban Qurbanovun əvəzetmələri isə özünü xüsusiylə doğrultdu. Lenadro Andrade 80 və 85-ci dəqiqədə “dubl”unu rəsmiləşdirdi. Nərimanla Kadi isə hərəsinə bir qol vurdu. Beləliklə “Qarabağ” beş cavabsız qolla qələbə qazandı.
Xalını 53-ə çatdıran “Qarabağ” çempionluq yarışında heç kimə güzəştə getmək fikrində olmadığını göstərdi. “Köhlən atlar” ən yaxın izləyicisini 9 xal qabaqlayır. Sonuncu pillədəki “Səbail”in isə cəmi 16 xalı var.

Amal Abuşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://fanat.az
archiveBu xəbər 12 Fevral 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see222

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see219

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see218

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see217

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see203

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see182

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see179

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see178

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see171

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see165

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see164

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri