Icma.az
close
up
RU
Kadir Has Universitetinin prorektoru: Erməni diasporu və müxalifəti sülh prosesinin inkişafına əngəl törədir

Kadir Has Universitetinin prorektoru: Erməni diasporu və müxalifəti sülh prosesinin inkişafına əngəl törədir

Report.az saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı konfrans çərçivəsində "Sülh naminə konstitusiyaların dəyişdirilməsi - Beynəlxalq təcrübələr" mövzusunda panel sessiya keçirilib.

Report" xəbər verir ki, çıxışcılar arasında yer alan Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp panel çərçivəsində İrlandiyanın sülh təcrübəsindən söz açıb:

"1998-ci il aprelin 10-da imzalanan Belfast müqaviləsi əlamətdar bir nailiyyət idi və Şimali İrlandiyada 30 illik münaqişəyə son qoydu. Müqavilə 22 may 1998-ci ildə keçirilən iki referendumda təsdiqləndi. Nəticədə Şimali İrlandiya özünüidarəni bərpa etdi".

Türkiyə Kadir Has Universitetinin prorektoru Mitat Çelikpala qeyd edib ki, Azərbaycanla yanaşı, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı da ərazi iddiası mövcuddur:

"Ermənistanın daimi yekun sülh əldə etmək üçün bir şansı var, Cənubi Qafqazda bunu təmin etmək olar. Azərbaycanla yanaşı, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı da ərazi iddiası mövcuddur. Bunlar isə Konstitusiyaya dəyişikliyi tələb etmə haqqı verir. Türkiyə Ermənistanın müstəqilliyini tanıyıb, ancaq Qarabağ məsələsinə görə Ermənistanla sərhədini bağlayıb. 2010-cu ildə Ermənistan və Türkiyə parlamentləri sənəd qəbul ediblər ki, iki ölkə arasındakı sərhədlər beynəlxalq hüquq əsasında müəyyən edilsin. Burada cari sərhədlərdən söhbət gedir. Ancaq erməni diasporu məsələni fərqli tərəfə çəkib. Erməni diasporunun və müxalifətinin kritik müdaxilələri müşahidə olunur ki, bunlar prosesin inkişafına əngəl törədir. Ancaq ümid edirik ki, Ermənistan-Azərbaycanla yanaşı, Ermənistan-Türkiyə münasibətləri də tam normallaşacaq".

Avropa Şurası tərəfindən dəstəklənən İctimai siyasət məktəbinin (Tereza Ana) direktoru Zidas Daskalovski bildirib ki, Şimali Makedoniya və Yunanıstan arasında razılaşma da konstitusiyaya dəyişiklik hesabına əldə olunub: "Azərbaycan və Ermənistan da müqavilə bağlaya bilər, qarşı tərəf öz üzərinə bu müqavilə çərçivəsində konstitusiya dəyişikliyini öz üzərinə götürə bilər və bunun üçün müəyyən bir vaxt ayrılmalıdır".

Qeyd edək ki, 2020 və 2023-cü illərdə Azərbaycanın Ermənistan işğalı altında olan torpaqlarının işğaldan azad edilməsi və suverenliyin tam bərpası iki ölkə arasında sülh üçün imkanlar yaradıb. Lakin Ermənistan Konstitusiyada, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir. Ermənistanın 23 avqust 1990-ci ildə qəbul etdiyi Müstəqillik Haqqında Bəyannamə Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edir. Bu iddia daha sonra 5 iyul 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapıb və Konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı saxlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri