Icma.az
close
up
RU
Kadırov çeçenləri müharibəyə göndərməkdən İMTİNA ETDİ

Kadırov çeçenləri müharibəyə göndərməkdən İMTİNA ETDİ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çeçenistan rəhbəri Ramzan Kadırov çeçenlərin böyük kontingentini Ukraynadakı müharibəyə göndərməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Economist" nəşrinə Çeçenistan rəhbərliyinə yaxın mənbə məlumat verib.
Nəşrin həmsöhbəti "Moskvanın Ukraynadakı maraqları nə olursa-olsun, biz onlardan son dərəcədə uzağıq" ifadəsini işlədib. Mənbənin sözlərinə görə, Kadırov özünü "Putinin piyadası" adlandırsa da, respublika əhalisini "rus dünyası" uğrunda qurban vermək istəmir.
Xatırladaq ki, bu ilin aprelində Vladimir Putinlə görüşündə Çeçenistan rəhbəri rəsmən cəbhəyə 70 mindən çox hərbçi hazırladıqlarını bəyan etmişdi.
Bu göstərici Çeçenistandakı bütün kişi əhalisinin 9%-ni təşkil edir və Rusiya regionları arasında ən yüksək rəqəm sayılırdı. Lakin "Mediazona"nın məlumatına görə, müharibə başlayandan bəri cəmi 540 çeçenin ölümü rəsmən təsdiqlənib. Bu da Rusiyanın ümumi itkilərinin cəmi 0,2%-dir.
Çeçenlərin əvəzinə kimlər döyüşür?
Əməliyyatlar üçün hazırlanmış hərbçilərin sayı ilə müqayisədə itkilərin bu qədər az olması çeçen bölmələrinə Rusiyanın digər regionlarından könüllülərin cəlb edilməsi ilə izah olunur.
Müharibə başladıqdan sonra Çeçenistanda yaradılan "Ahmat" könüllü batalyonuna bütün Rusiya üzrə şəxslər qəbul edilir. "Ahmat"ın komandiri Apti Alaudinov ötən ilin mayında etiraf etmişdi ki, bölmənin canlı qüvvəsinin cəmi dörddə biri çeçenlərdir.
Bununla yanaşı, nəşrin mənbəsi bildirib ki, "Ahmat" tərkibində döyüşən çeçenlərə "həddindən artıq canfəşanlıq etməmək və özlərini qorumaq" tapşırılıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Avqust 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri