Kadırov nazir olan 19 yaşlı oğluna fəxri ad verdi
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Çeçenistan lideri Ramzan Kadırov böyük oğlu Axmat Kadırova Qroznının “Fəxri vətəndaşı” adını verib.
Yeniavaz.com xəbər verir ki, A. Kadırova bu ad mərhum çeçen güləşçi Buvaisar Saitayevin adını daşıyan İdman Güləş Mərkəzinin açılışı zamanı təqdim olunub.
Qeyd edək ki, 19 yaşlı Axmat Kadırov Çeçenistan Respublikasının idman naziridir. Ramzan Kadırovun böyük oğlunun hansı xidmətlərinə görə “Fəxri vətəndaş” adına layiq görüldüyü məlum deyil.
Çeçenistan liderinin digər (üçüncü) oğlu, 17 yaşlı Adam Kadırov bu yaxınlarda respublikanın Daxili İşlər Nazirliyinin departamentinin kuratoru təyin edilib. 2023-cü ilin noyabrında Adam Kadırova Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik şöbəsi həvalə edilib. Adam Kadırov bu vəzifəyə təyin olunanda onun 15 yaşı var idi.

Axmat Kadırov

Kadırov oğluna uduzdu Video
02 Avqust 2025 22:42
Kadırov oğluna daha bir vəzifə verdi
01 Aprel 2025 17:26
Ramzan Kadırov oğluna yenə medal verdi
25 Avqust 2025 16:24
Kadırov 17 yaşlı oğluna yüksək vəzifə verdi FOTO KONKRET
01 Aprel 2025 22:31
Kadırov 17 yaşlı oğluna Qəzza ilə bağlı tapşırıq verdi
05 Avqust 2025 11:48

