Icma.az
close
up
RU
Kadırovdan şok: Ukrayna və Gürcüstanı buna görə itirdik!

Kadırovdan şok: Ukrayna və Gürcüstanı buna görə itirdik!

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya Daxili işlər naziri Vladimir Kolokoltsev Prezident tərəfindən onlara tapşırılan vəzifələri keyfiyyətlə yerinə yetirmir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov 13 yaşlı yeniyetmə Müslim Murdiyev işi ilə bağlı danışarkən səsləndirib.

Biz uzun müddət Müslüm Murdiyevin işində iştirak etmişik: hüquq müdafiəçiləri, deputatlar, senatorlar - bütün nümayəndələr, o cümlədən şəxsən mən. Yuxarıda oturanlar, Bastrıkin və Kolokoltsev başda olmaqla istintaq orqanları öz yerlərində oturmurlar",- deyə Ramzan Kadırov əlavə edib.

O, həmçinin miqrasiya məsələsinə toxunaraq, Rusiya Prezidenti ilə Özbəkistan Prezidenti arasında bu problemin ümumi həll yolunun tapılması məqsədilə aparılan müzakirələrdə şəxsən iştirak etdiyini qeyd edib:

"Kolokoltsev əmr verib və gəlmələri, bizə lazım olan qardaşlarımızı döyürlər, saxlayırlar və qovurlar. Sonra isə deyirlər ki, heç kim bizimlə dost olmaq istəmir. Niyə biz Ukraynanı, Gürcüstanı itirdik? Niyə digər dövlətlərlə münasibətlər gərgindir? Çünki insanlar dövlət daxilində nələrin baş verdiyini bilmirlər. Onlar bölgələrə getmir, insanlarla ünsiyyət qurmurlar. Öz kreslolarında oturub qanunsuzluq edirlər, pəncərədən baxıb nə baş verdiyini görmürlər. Allah mütləq onları cəzalandıracaq"

Kadırov həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları Prezident tərəfindən tapşırılan vəzifələri keyfiyyətlə yerinə yetirmir.

"Müslimin məhkəməsi dekabrın 18-dədir. Onu nə həbs edəcəklər, nə də ona bir zərər gələcək. Mən şəxsən hər kəslə danışmışam. O, tezliklə azad olunacaq," - deyə Çeçenistan rəhbəri yekunlaşdırıb.

Xatırladaq ki, Müslim Murdiyevlə bağlı Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsində cinayət işi araşdırılır. Onun barəsində bir neçə epizod üzrə ittiham irəli sürülüb. Yeniyetmə artıq yeddi aydır ki, ev dustaqlığındadır. O, qrup halında qabaqcadan əlbir olaraq vətəndaşlara qarşı zor tətbiq etməklə ictimai asayişi kobud şəkildə pozmaqda ittiham olunur. Murdiyevlə yanaşı iş üzrə daha dörd nəfər də ittiham olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Dekabr 2024 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri