Kadırovun səfərində gözdən qaçan kadrlar Bakıdan nə istəyib?
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çeçenistan rəhbəri Ramzan Kadırovun Bakıya səfəri bəzi dairələrdə yenidən siyasi müzakirələrə yol açıb. Səfəri rəsmi Bakının Rusiyaya yaxınlaşması kimi təqdim etməyə çalışanlar da tapılıb.
Halbuki Kadırovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmasını hansısa siyasi xəttə üstünlük verilməsi kimi yozmaq nə dərəcədə doğrudur? Təxminən iki ildən sonra baş tutan bu görüşün arxasında hansı məqamlar dayanır? Kadırovun Bakı-Qroznı təyyarə qəzasından sonra Azərbaycanla münasibətlər fonunda Bakıya gəlməsi və mümkün üzrxahlıq məsələsi necə qiymətləndirilməlidir?
"Yeni Sabah" Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ramzan Kadırov Azərbaycana üçüncü dəfə səfər edir: pizza mizza
“Onun müxtəlif illərdəki açıqlamaları bizim xoşumuza gəlmir. Bütün hallarda o, Azərbaycana səfər edib. Bu, olduqca diqqətçəkən və pozitiv səfərdir. O, mülki təyyarə ilə bağlı üzr istədi. Ən mühüm məqam isə Qarabağ zəfərinə görə Azərbaycan Prezidentini təbrik etməsidir.
Bu, onun Rusiyanın hansısa təlimatını yerinə yetirməsi demək deyil. Onsuz da ölkəmiz bütün qonşuları ilə yaxşı münasibətlərə malikdir. Rusiya ilə də münasibətlərimiz inkişaf edir. Lakin Rusiyadan asılı deyilik ki, hansısa tələbi yerinə yetirək.
Çeçenlər Azərbaycan üçün qardaş xalqdır. Şimali Qafqaz xalqları ilə münasibətlərimiz çox yaxşıdır. Bu səfəri məhz bu kontekstdə qiymətləndirməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 15 Oktyabr 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















