Icma.az
close
up
RU
Kadr var, şərait yox? Tibb müəssisələrində antibiotiklə bağlı qadağanın gerçək SƏBƏBİ

Kadr var, şərait yox? Tibb müəssisələrində antibiotiklə bağlı qadağanın gerçək SƏBƏBİ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar ölkədə antibiotiklərin vurulması ilə bağlı ziddiyyətli məqamlar əhali arasında çaşqınlıq yaradır.
Bizim.Media olaraq bu məsələni dəfələrlə işıqlandırmışıq, amma yenə də məsələnin qaranlıq tərəfləri var ki TƏBİB buna tutarlı aydınlıq gətirə bilmir.
 

MÖVZU İLƏ BAĞLI:
Antibiotik və sistem QADAĞASI – Evdə SƏRBƏST, poliklinikada OLMAZ?


Məsələn, həyəcan təbili çalırıq ki, həkimlər tərəfindən asanlıqla reseptlə təyin olunan antibiotik və onun sistemlərinin vurulması xəstəyə çətinliklə başa gəlir. Yəni bu prosedur bəzi tibb müəssisələrində qadağan edilib. Xüsusilə polinklinika və qadın məsləhətxanalarında birmənalı olaraq buna icazə yoxdur.
Sual yaranır: Səbəb? Əgər inyeksiya və infuziya kimi prosedurlar protokollarda yer alan standart tibbi xidmətlərdirsə, niyə bu xidmətlər ilk növbədə vətəndaşa ən yaxın olan tibb məntəqələrində əlçatan deyil? Poliklinikalarda, tibb məntəqələrində uyğun tibbi şərait yoxdur, ya prosesi həyata keçirəcək müttəxəssis – yəni problem infrastrukturdadır, yoxsa kadr çatışmazlığında?  
Tibbi protokolların ziddiyyətləri – formal xidmət?
Bizim.Media-nın suallarına TƏBİB-dən yalnız belə bir açıqlama verildi:
“Bu xidmətlərin həyata keçirilməsi üçün müəyyən tibbi və hüquqi tələblər mövcuddur. Bu prosedurlar zamanı allergik reaksiyalar, anafilaktik şok və ya digər ağırlaşmalar baş verə bilər. Belə hallarda operativ şəkildə müdaxilə etmək üçün həkim nəzarəti, reanimasion tədbirlər üçün şərait və təcili tibbi avadanlıq tələb olunur. Tibb məntəqələri və poliklinikalar fəaliyyət istiqamətinə uyğun olaraq profilaktik baxışlar, yüngül ambulator müalicələr, konsultasiyalar və yönləndirmə funksiyalarını əhatə edir. İnvaziv prosedurlar – inyeksiya və infuziya daxil olmaqla – ikinci səviyyə (ambulator-stasionar) xidmətlərə və tibb müəssisələrinin fəaliyyət istiqamətinə aid edilir”.
Bu addım təqdirəlayiqdir, tamam, bəs digər tərəfdən niyə evlərə tibb bacısı çağırmaqla təhlükəli iynələr vurulur? Bəs bunun qarşısı niyə alınmır? Sağlamlıq mərkəzləri və poliklinikalarda bu prosesi həyata keçirə bilməyən tibb bacısı cəzalanmayacağını bildiyi üçün evlərdə işini rahat görür. Yəni pasiyent ona reseptlə yazılan preparatları aptekdən alıb, tanış tibb bacısına vurdura bilər. Bu məsələdə heç bir nəzarət mexanizmi yoxdur. Məgər təhlükənin qarşısı təkcə tibb məntəqələrində alınmalıdır?
İynə vurdurmaq üçün şəhərə?
 

Bu sualların isə cavabı yoxdur, ona görə də məsələ qaranlıq qalır. Görünən odur ki, tibbi protokollar hazırlanarkən insanlarımızın hər vəziyyətdən çıxma bacarığı nəzərə alınmayıb.


Xüsusilə də ucqar bölgələrdə səhiyyə infrastrukturunun real durumu diqqətdən qaçıb. Hansı gözdəniraq kənd sakini antibiotik vurdurmaq, sistemini qoşdurmaq üçün mərkəzi xəstəxanaya gəlir? Yenə əlac “qonşudakı məsləhətli tibb bacısına” qalır. “Çörək ağacı”na müdaxilə etmək kimi olmasın, amma birinin qazancı digərinin həyatına səbəb olacaqsa, o zaman xarici ölkələrdə tətbiq olunan cərimələr ölkəmizdə də həyata keçirilməlidir. Bəlkə o zaman tibb  bacısı görkəmindəki ölüm mələkləri evlərə ayaq açmaz.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Oktyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri