Kafedə turistə sürpriz hesab Bu xidmət üçün əlavə pul istədilər
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Venesiyanın məşhur San-Marko meydanında kafedə oturan turist hesabı görəndə təəccüblənib. Səbəb isə hesabda ayrıca göstərilən 7 avroluq musiqi haqqı olub.
“Yeni Sabah” xəbər verir ki, “Ta Nea”nın məlumatına görə, turist Venesiyanın San-Marko meydanında yerləşən tarixi kafelərdən birində əyləşib. Turist kafedən ayrılmaq istəyərkən hesabı tələb edib. Hesabı yoxladıqda isə canlı musiqiyə görə ondan əlavə 7 avro alındığını görüb.
Müştərinin paylaşdığı hesabda iki kruassan üçün 31 avro, iki “Aperol Spritz” üçün 34 avro və canlı musiqi ifasına görə 7 avro ödəniş göstərilib. Turist San-Marko meydanında yerləşən məşhur kafedə oturmağın baha başa gələcəyini əvvəlcədən bildiyini deyib. Lakin hesabda musiqi üçün ayrıca ödəniş yazılması onu təəccübləndirib. pizza
Venesiyada restoran və kafelərin hesablarına bu cür əlavə ödənişlərin daxil edilməsi ilə bağlı hallar daha əvvəl də gündəmə gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 18 Sentyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















