Icma.az
close
up
RU
Kafedə yumruq davası Xəsarət alan var

Kafedə yumruq davası Xəsarət alan var

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Goranboy rayonunda 1983-cü il təvəllüdlü İqbal Həsənov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Xəqani Səmədova (ad-soyad şərtidir – red.) xəsarət yetirib. 

Gununsesi.info xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 26 noyabr 2024-cü ildə, gecə saat 00:30-da Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən “Şəlalə” kafesinin qarşısında baş verib. Həsənov həmin vaxt tanışı Səmədova yumruqla qəsdən vurub və ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Həsənovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Həsənov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xəqani Səmədovu tanıyır, əvvəllər münasibəti normal olub, aralarında düşmənçilik və ya ədavət olmayıb: “Hadisədən əvvəl saat 21 radələrində Goranboy şəhərində yerləşən marketdən 1 ədəd 250 milli litrlik ölçüdə spirtli içki olan araq aldım və yaşadığım ünvana qayıtdım. Evdə mağazadan aldığım spirtli içki olan arağı içdim. Daha sonra isə pivə içmək üçün Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən Vaqifin işlətdiyi adsız kafeyə getdim. Həmin gün saat təxminən 22:30-da kafedə olan zaman Xəqani kafeyə gəldi və masaların birində tanımadığım şəxsin yanında əyləşdi. Kafedə olan zaman Xəqani masada əyləşdiyi tanımadığı şəxslə uca səslə söhbət etdiyi üçün ona biraz yavaş danışmasını dedim. Sərxan isə cavabında mənə “səndən icazə almalıyam?” deyə cavab verdi. Mən də ona yenidən yavaş danışmasını dedim və həmin vaxt kafeyə daxil olan Vaqif mənə yaxınlaşdı, mübahisə və dava-dalaş olmasın deyə məni kafedən çölə çıxartdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 26-da, saat təxminən 00:05-də “Şəlalə” adlı kafeyə getdim: “Orada olan zaman Əfqandan mənə pivə və pendir verməsini istədim. O, isə kafeni bağladığını və buna görə də pivə və pendir verə bilməyəcəyini dedi. Mən Əfqana “sən ver, kafeni bağlayana kimi içib qurtaracam” dedim. Lakin Əfqan mənə pivə və pendir vermədi, kafeni bağladığını bildirərək məni küçəyə çıxartdı. Həmin gün saat təxminən 00:30-da kafenin qarşısında Xəqanini gördüm. Orada aramızda yenidən sözlü mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşdim, yumruqla bir dəfə qəsdlə onun burun nahiyyəsindən vurdum. Lakin o, yerə yıxılmadı. Daha sonra isə ikinci dəfə yumruqla bir dəfə onun göz nahiyyəsindən vurdum və yerə yıxıldı. Daha sonra isə oradan getdim”.
Goranboy Rayon Məhkəməsinin hökmü ilə Həsənov 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti ərzində daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi qadağan olunub.

Bundan əlavə, bu müddət ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb.

Həmçinin Goranboy rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Onun üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Dekabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri