Kafenin qarşısında sərxoş kişini döyən şəxsə elektron qolbaq taxıldı
Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Teymur İslamovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 30 iyul 2024-cü il gecə 01:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Gülü” kafesinin qarşısında qeydə alınıb.
Belə ki, Teymur İslamov əvvəllər tanımadığı, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan zərərçəkmiş Vüsal İsmətovun (soyadı şərti) uca səslə söyüş söydüyünə görərək ona irad bildirib. Bu zaman zərərçəkmiş onun iradlarına məhəl qoymayıb. Sonra Teymur Vüsala yaxınlaşıb onunla mübahisə edərək nalayiq sözlərlə söyüb. Daha sonra təqsirləndirilən şəxs onun sifətinə qəsdən yumruqla bir dəfə, yumruq və təpiklə sifətindən və bədəninin müxtəlif nahiyələrindən vurub yerə yıxaraq. Nəticədə Vüsalın burun sümüyü sınıb və müxtəlif bədən xəsarətləri alıb.
Hadisədən sonra Teymur İslamov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/see.png)