Icma.az
close
up
RU
KAFKASSAM sədri: “Türkiyə və Azərbaycan arasında fərqli mövqelər olsa da, münasibətlər qardaşlıq ruhunda qalır”

KAFKASSAM sədri: “Türkiyə və Azərbaycan arasında fərqli mövqelər olsa da, münasibətlər qardaşlıq ruhunda qalır”

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan və Türkiyə xalqları arasında zərrə qədər şübhə və ya mənfi münasibət yoxdur. Bu, “bir millət, iki dövlət” prinsipi üzərində formalaşmış qardaşlıq əlaqələrinin ən bariz göstəricisidir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay deyib:

“Türkiyə–Azərbaycan münasibətləri üç əsas müstəvidə qiymətləndirilməlidir. Birincisi, bu münasibətlərin təməlində iki xalq arasında mövcud olan dərin hörmət, qarşılıqlı ehtiram və etimad dayanır.

İkincisi, dövlətlər səviyyəsində münasibətlərin tarixi kökləri və strateji xarakteri var. Hər iki dövlət qarşılıqlı əməkdaşlığı ən yüksək səviyyədə saxlamağa çalışır. Lakin hökumət səviyyəsində zaman-zaman müəyyən prioritet fərqləri və baxış bucaqları ortaya çıxa bilər. Bu, münasibətlərdə gərginlik deyil, daha çox iki müstəqil dövlətin xarici siyasət strategiyalarında fərqli yanaşmaların təzahürüdür. Hazırda bu fərqin ən çox hiss olunduğu sahə İsrail məsələsidir.

Türkiyə, xarici siyasətində İsraili əsas təhlükə mənbələrindən biri kimi qiymətləndirir. Azərbaycan isə regional maraqları və geosiyasi balans baxımından İsraillə əməkdaşlığa daha praqmatik yanaşır.

Bu fərqli mövqelər nəticəsində həm Azərbaycan, həm də Türkiyə mediasında İsraillə bağlı yayılan bəzi neqativ xəbərlər müşahidə olunur. Əslində bu, iki hökumətin xarici siyasət prioritetlərindəki fərqlərdən qaynaqlanır və keçici xarakter daşıyır”.

Türkiyəli politoloq qeyd edib ki, yaxın müddətdə hər iki tərəfin bu məsələdə daha balanslı addımlar atacağı, mediada formalaşan mənfi təsəvvürləri aradan qaldırmaq istiqamətində fəaliyyət göstərəcəyi gözlənilir.

“Türkiyə, zamanla Azərbaycanın xarici siyasətindəki müstəqil seçimləri anlayacaq və bu seçimlərin ölkənin milli maraqlarından irəli gəldiyini qəbul edəcək. Azərbaycan isə öz növbəsində, Türkiyənin regional siyasət prioritetlərinə hörmətlə yanaşacaq, razılaşmadığı məsələlərdə dialoq və danışıqlar yolu ilə ortaq məxrəcə gəlməyə çalışacaq.

Əgər bu mövzular ictimai müzakirə səviyyəsinə çıxarılarsa, hökumətlərarası danışıqlar vasitəsilə məsələni aydınlaşdırmaq mümkün olacaq.

Türkiyədə İsrailə qarşı ictimai rəydə formalaşan sərt mövqe bəzən hökumət çevrələrində belə bir təəssürat yaradır ki, regiondakı bütün ölkələr, o cümlədən Azərbaycan da eyni mövqedə olmalıdır. Bu kontekstdə müəyyən mənfi atmosfer yaransa da, bu, müvəqqəti bir vəziyyətdir.

Ümumilikdə, Türkiyə və Azərbaycan gələcəyə ümidlə baxan, regional sabitlik və tərəfdaşlıq üçün mühüm rol oynayan iki qardaş dövlətdir”

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri