Icma.az
close
up
RU
KAFKASSAM direktoru: Türkiyə və Azərbaycan arasındakı əlaqələr inkişafın yüksək mərhələsindədir MÜSAHİBƏ

KAFKASSAM direktoru: Türkiyə və Azərbaycan arasındakı əlaqələr inkişafın yüksək mərhələsindədir MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 avqust, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC türkiyəli professor, politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (Kafkasya Stratejik Araştırmalar Merkezi – KAFKASSAM) direktoru Həsən Oqtay ilə müsahibəni təqdim edir.

– Türkiyə və Azərbaycan arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Hansı sektorlar daha dinamik inkişaf edir?

- Cənubi Qafqazın inkişaf edən ölkələrindən biri olan Azərbaycan təxminən 21 milyard dollar həcmində ixrac potensialına malikdir. Neft və qaz kimi enerji məhsullarının üstünlük təşkil etdiyi ixracyönümlü Azərbaycan iqtisadiyyatı diversifikasiya məqsədilə dünyada baş verən iqtisadi trendləri diqqətlə izləyir və bu çərçivədə Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə çalışır.

2023-cü ildə Türkiyə ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 31 faiz artaraq 7,65 milyard dollar səviyyəsinə çatıb. Bu məbləğin 3,6 milyard dolları Türkiyənin Azərbaycana ixracı, 4,05 milyard dolları isə Azərbaycanın Türkiyəyə ixrac etdiyi məhsullardır. Ticarət dövriyyəsində Türkiyədən Azərbaycana ixrac olunan əsas məhsullar sırasında maşın və avadanlıqlar, avtomobil hissələri, tekstil məmulatları və ərzaq məhsulları yer alır. Azərbaycanın Türkiyəyə ixracında isə enerji məhsulları, xüsusilə neft və təbii qaz ön plana çıxır. Xidmət sektorunda isə türk podratçı şirkətləri bu günə qədər Azərbaycanda 20 milyard dollara yaxın dəyəri olan 500-dən artıq layihə həyata keçirib.

Bundan əlavə, turizm, təhsil və logistika sahələrində də əməkdaşlıq yüksələn xətlə davam edir.

– İki ölkə arasında iqtisadi inteqrasiyanı nə dərəcədə dərin hesab etmək olar? Vahid iqtisadi məkanın formalaşmasından danışmaq mümkündürmü?

– Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə bütün aspektlərdən baxdıqda, onların olduqca yüksək inkişaf səviyyəsində olduğunu demək olar. Əməkdaşlıq və ticarət əlaqələri bütün sahələrdə gündəmə gətirilməli, ticarət dövriyyəsi isə hər il artırılmalı və şaxələndirilməlidir. Həm azərbaycanlı sahibkarlar Türkiyədə sərbəst şəkildə və hüquqi təminat altında biznes qurmaq və investisiya yatırmaq imkanı əldə etməli, həm də, türkiyəli sahibkarlar Azərbaycanda bu imkanlardan yararlanmalıdırlar. Bunun üçün hər iki ölkə prosedurların sadələşdirilməsi istiqamətində normativ-hüquqi aktlar qəbul etməlidir. Dövlət qurumları arasında aparılan ticarət əhəmiyyətlidir, lakin eyni zamanda, elə bir mühit yaradılmalıdır ki, özəl sektor da iki ölkə arasında ticarətin inkişafına sərbəst sahibkarlıq təşəbbüsü kimi tam töhfə verə bilsin. Neft, qaz və onlardan əldə edilən məhsullara əsaslanan ticarət əlaqələri şaxələndirilməli, yeni istiqamətlər inkişaf etdirilməlidir. Türkiyə ilə Azərbaycan arasında ticarət münasibətlərinin inkişafı baxımından sənaye istehsalı, kənd təsərrüfatı, nəqliyyat, nanotexnologiyalar, proqram təminatı və süni intellekt sahələrinə sərmayə yatırılması olduqca mühüm əhəmiyyət kəsb edir. Tikinti sektoru dinamik inkişaf edən sahələrdən biri olsa da, texnoloji sərmayələrə, dünya bazarına istiqamətlənmiş rəqabət qabiliyyətli sahələrin formalaşdırılmasına, birgə istehsal və məhsulların qlobal səviyyədə ixracına daha çox diqqət yetirilməlidir.

– Türkiyə və Azərbaycanın Avropa ilə Asiya arasında alternativ marşrut kimi Orta Dəhlizin inkişafındakı rolu nədir? Onun ötürmə qabiliyyətinin və dayanıqlığının artırılması üçün hansı investisiyalar və infrastruktur layihələri zəruridir?

– İlk növbədə, Orta Dəhliz layihəsinin həyata keçirilməsi üçün Türk Dövlətləri Təşkilatı təşəbbüsü öz üzərinə götürməli və bu prosesin idarə olunmasında fəal rol oynamalıdır. Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan bu layihənin mərkəzində qərar tutur və bu ölkənin iştirakı olmadan layihənin icrası ümumiyyətlə mümkün deyil.

– Orta Dəhliz Türkiyə və Azərbaycan üçün təkcə iqtisadi deyil, həm də daha geniş Avrasiya kontekstində geosiyasi təsir alətinə çevrilə bilərmi?

– Türkiyə Asiya ilə Avropa arasında yerləşən geostrateji mövqeyinə görə qlobal ticarətdə əsas rola malikdir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşirik. Qlobal tələbatı qarşılayan infrastruktur layihələri çərçivəsində ölkəmizin aparıcı rol oynaması qaçılmazdır. Qısa şəkildə desək, Orta Dəhliz konsepsiyası Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində hazırlanmış strateji nəqliyyat alternatividir və Avrasiya regionunda ticarətin daha effektiv və sürətli şəkildə həyata keçirilməsini hədəfləyir. Çindən başlayan Orta Dəhliz dəmir yolu Xəzər dənizindən keçərək Türkiyəyə çatır, buradan isə “Marmaray” sistemi və Bosfor körpü bağlantıları vasitəsilə Avropaya uzanır. Bu marşrut, mövcud nəqliyyat yolları ilə müqayisədə daha qısa olduğu üçün xərc baxımından əhəmiyyətli üstünlüklər təmin edir.

– İran, Rusiya və Çin kimi ölkələrin Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi koordinasiyaya təsirini necə qiymətləndirirsiniz? Rəqabət və əməkdaşlıq arasındakı sərhəd haradan keçir?

– İran, Rusiya və Çin – bu üç ölkə bölgədə türk dünyası ilə rəqabət aparan ən mühüm güclərdir. Tarixi hadisələr göstərir ki, yaxın gələcəkdə bu üç ölkədə sistem xarakterli dəyişikliklər baş verəcək və 350 milyonluq əhaliyə malik türk dünyası bu coğrafiyada əsas gücə çevriləcək. 1801-ci ildə ruslar Tiflisə daxil olanda, heç bir dövlət adamı bunun türk dünyası üçün “yaşamaq və ya məhv olmaq” məsələsinə çevriləcəyini anlamadı. Hətta iranlı Qacarlar sülaləsinin türkmən mənşəli şahzadəsi Abbas Mirzə ruslara qarşı qəhrəmancasına mübarizə aparsa da, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi türk dünyasını faktiki olaraq iki yerə böldü: Şərqi və Qərbi türklərin sərhədinə çevrilən Cənubi Qafqaz Rusiya nəzarətinə keçdi. Osmanlı türkləri ilə İran türkləri isə dünyada baş verən dəyişiklikləri anlamadan dini rəqabətə girdilər və nəticədə hər iki imperiya məğlub oldu. Əgər bu siyahıya Baburilər imperiyasını da əlavə etsək, demək olar ki, türk xalqları üçün bir fəlakət dövrü başlandı. Sovet İttifaqının dağılmasından sonra Şimali və Cənubi Qafqaz türk dünyası üçün yenidən böyük əhəmiyyət qazandı və qlobal ticarət artıq bu istiqamətdə formalaşmağa başlayacaq. İran, Çin və Rusiya regionu öz nəzarətində saxlamaqla qlobal siyasəti ticarət marşrutları və ticarət balansı vasitəsilə yönləndirmək istəyirlər. Çin, Rusiya və İranda baş verəcək sistem dəyişikliklərinə hazırlıq isə məhz bu üçtərəfli sülhün bağlanması ilə başlamalıdır. Bu, ilk addım olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see289

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see238

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see235

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see220

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see151

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see140

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see138

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see130

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see124

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see122

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see122

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see118

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see118

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see118

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see118

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see117

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see117

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see114

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see113

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri