Icma.az
close
up
RU
Kağızdan ekrana… Müasir kitabsevərlər nəyi üstün tuturlar? ARAŞDIRMA

Kağızdan ekrana… Müasir kitabsevərlər nəyi üstün tuturlar? ARAŞDIRMA

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Rəqəmsal texnologiyaların inkişafı ilə oxu mədəniyyəti də ciddi dəyişikliklərə məruz qalıb, ənənəvi kitab tədricən yerini elektron formata verib. Kağız səhifələri vərəqləmək vərdişini indi ekranda fasiləsiz hərəkət – “skrollinq” əvəz edir. Bu isə oxunan materialın mənimsənilmə keyfiyyətinə və oxu prosesinin tamamlanma hissinə təsir göstərə bilər.

Bu gün ictimai yerlərdə əlinə kağız kitab alıb oxuyan insana getdikcə daha az rast gəlinir. Bu, o demək deyil ki, oxumaq populyarlığını itirib. Əksinə, məsələ elektron qurğuların rahatlığındadır, belə ki, onlar çoxlu sayda məlumatı bir yerdə toplamaq imkanı verir. İnsanlar getdikcə daha çox kompüterlərə, planşetlərə və elektron kitablara (riderlərə) müraciət edirlər. Lakin sual açıq qalır: müasir kitabsevərlər hansı formata üstünlük verirlər – kağız kitablara, elektronlara, yoxsa hər ikisinə?

Kağızın hiss olunması və ekranın rahatlığı

Uşaqlıqdan oxumağa böyük maraq göstərən Nigar Ələkbərova həm kağız, həm də elektron kitab formatlarından istifadə edir.

“Kağız kitablar mənim üçün nostaljidir: səhifələrin xışıltısı uşaqlığımla assosiasiya olunur. Təzəcə dəmlənmiş qəhvə, kitab, ədyal... və mənim üçün artıq çöldə yağış və ya qar yağıb-yağmamasının fərqi yoxdur. Kağız kitab da mənə oxuduqlarımı hiss etmək hissi verir”, – deyə o bildirir.

Eyni zamanda, Nigar xanım elektron kitablardan da fəal istifadə edir: “Onlarda kağız nəşrlərin çatışmazlıqları yoxdur, belə ki, nə baha qiymət, nə də saxlanması üçün bir məkan təşkil etmək kimi problemləri hiss etmirsən. Elektron kitabları səyahətə aparmaq çox rahatdır, yerə qənaət edir”.

O, həmçinin əlavə edir: “Elektron kitab oxuyanda özümü zamanla ayaqlaşan biri kimi hiss edirəm ki, bu, həm də ekologiyadır. Meşələrin qırılması məni çox narahat edir”.

Kompüter görmə sindromu

Kağızdan elektron daşıyıcılara keçiddə tibbi aspekt də mühüm yer tutur — yəni cihazların göz sağlamlığına təsiri.

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-informasiya və təşkilati-metodiki şöbənin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın sözlərinə görə, hazırda Azərbaycanda aparılan ümumi oftalmoloji müayinələr zamanı insanların əksəriyyətində refraksiya anomaliyaları, yəni yaxın¬görmə, uzaqgörmə, astiqmatizm və s. aşkar olunur. Bu hallar xüsusilə uşaqlarda daha çox müşahidə edilir.

Həkim qeyd edir ki, 2 yaşına qədər uşaqlarda planşet, telefon və televizor istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalıdır:

“Elektron cihazlardan düzgün və uzunmüddətli istifadə kompüter görmə sindromuna səbəb olur ki, bu da refraksiya pozuntularının inkişafı üçün ciddi risk faktorudur”.

Riderlərin danılmaz üstünlükləri

Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin fikrincə, rəqəmsallaşma dövründə elektron kitablar oxucular üçün getdikcə daha çox tələbə çevrilir, çünki onlar bir cihazda yüzlərlə əsəri saxlamaq imkanı verir — istər planşet olsun, istərsə də rider.

“Bununla belə, çap nəşrlərinin hələ də öz sadiq oxucuları var. Xüsusilə də uzun müddət elektron ekran qarşısında qalmaqdan göz ağrısı və narahatlıq hiss edən insanlar üçün”, – deyə yazıçı vurğulayır.

Nigar Ələkbərovanın təcrübəsi göstərir ki, müasir oxucular kağız kitabların verdiyi nostalji və mənəvi hisslə elektron cihazların təklif etdiyi rahatlıq, ekoloji üstünlük və məkan qənaəti birləşdirməyə çalışırlar.

Elçin Hüseynbəyli də elektron kitabların portativliyinə görə artan populyarlığını qeyd edir, amma vurğulayır ki, çap nəşrləri hələ də göz sağlamlığına həssas insanlar üçün mühüm seçim olaraq qalır.

Eyni zamanda, format seçimi təkcə şəxsi deyil, idrakla bağlı (koqnitiv) bir məsələdir. Xaricdə aparılan tədqiqatlarda, o cümlədən Merilend Universitetinin psixoloqu Patrisiya Aleksanderin araşdırmalarında göstərilib ki, mətnin qavranılması və informasiyanın mənimsənilməsi çox vaxt kağız üzərindən oxuyarkən daha yüksək olur.

Alimlər bunu kağız kitabın xətti və sabit strukturu ilə izah edirlər, belə ki, bu, mətnin məntiqini daha asan izləməyə və onun məzmununa daha dərin baş vurmağa imkan verir. Neyrobioloqlar da hesab edirlər ki, kağız kitablar sensor-motor siqnallar ötürərək beynin məlumatı daha effektiv emal etməsinə kömək edir.

Nəticə etibarilə, oxu formatının seçimi hər bir insanın fərdi seçimidir. Dərin təhlil və informasiyanın maksimum mənimsənilməsi üçün kağız kitab, səyahət zamanı və ya daha çox əsərlərin əlçatan olması üçün isə elektron cihazlar daha məqsədəuyğundur.

Gələcəkdə oxu prosesi, yəqin ki, bu iki format arasında şüurlu tarazlıq yaratmaq bacarığından asılı olacaq. Əsas məsələ nəyi oxumaqdan çox, necə oxumağı seçməkdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri